"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.

 

Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Koreya lideri Kim Çen Inın göstərişi ilə nüvə əks-hücum təliminin keçirildiyi bildirilib.

 

Qeyd olunub ki, ABŞ və Cənubi Koreyanın bölgədə təşkil etdiyi birgə hərbi təlimlərə cavab olaraq baş tutan təlimdə nüvə başlıqları daşıya bilən 600 millimetr diametrli super iri reaktiv yaylım atəşi sistemləri sınaqdan keçirilib. Hədəf olaraq təyin olunan ada 352 kilometr uzaqlıqda dəqiq bir şəkildə vurulub. Məlumata görə, təlim ən yüksək səviyyəli nüvə hücumu xəbərdarlığına hazırlıq ssenarisi çərçivəsində həyata keçirilib:

 

“Bu, Şimali Koreyanın nüvə potensialını həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirmək məqsədi daşıyır. Təlim düşmənlərə açıq xəbərdarlıqdır. Düşmən qüvvələrinin Şimali Koreyanı güc yolu ilə məhv etməyə yönəlmiş hərbi fəaliyyəti ölkənin təhlükəsizliyi üçün risk yaradır. Bu faktı nəzərdən qaçırmaq olmaz, Şimali Koreya öz təhlükəsizliyini və regional sülhü təmin etmək üçün vəziyyətə fəal nəzarət etməli, hərbi potensialını hədsiz dərəcədə və sürətlə gücləndirməlidir”, - bəyanatda vurğulanıb.

 

Kim Çen In isə təlimin müvəffəqiyyətindən məmnunluğunu ifadə edərək, dövlətin nüvə gücünün davamlı şəkildə artırılmasının vacib olduğunu deyib. Ölkə başçısı həmçinin, rəsmilərə Şimali Koreyanın strateji nüvə potensialını daha da gücləndirməyi tapşırıb.

 

Xatırladaq ki, Yaponiya Sahil Mühafizə Qüvvələri tərəfindən dünən verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 15.03-də Yapon dənizinə doğru ballistik raket atdığı bildirilib.

 

Qeyd edilib ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Cənubi Koreya Baş Qərargahı Pxenyanın birdən çox qısa mənzilli ballistik raket buraxdığını açıqlayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...

Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.  ...

3 il ərzində supermarketlərdən təxminən 4 milyon dollar dəyərində yemək və içki oğurladı

Uelsdə 32 yaşlı Kallan Maze 3 il ərzində etdiyi oğurluğa görə 10 dəfə həbs edilib. İndi isə o, narkotik asılılığından əziyyət çəkən insanlara kömək edən bir xey...