Tayvanda yenə güclü zəlzələ baş verdi
23:44 / 22.04.2024
4091
Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən 6 kilometr şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, Tayvanda bir neçə gün öncə baş vermiş 7 baldan yuxarı zəlzələ insan tələfatına və dağıntılara yol açmışdı.