Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb.


Sfera.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) öz Telegram kanalında yazıb.


Ukrayna təhlükəsizlik rəsmiləri iddia edirlər ki, şübhəli şəxs Polşanın Podkarpakye Voyevodalığında yerləşən Rzeşov-Yasionka beynəlxalq hava limanının təhlükəsizlik sistemi haqqında məlumat toplayırmış. SBU hesab edir ki, bu məlumatlar Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilinə kömək edə bilər .


Ukrayna xüsusi xidmət orqanları sui-qəsdin mümkün hazırlanması barədə məlumatı polşalı həmkarlarına ötürüb, bundan sonra şübhəli şəxs müəyyən edilərək saxlanılıb. O, casusluqda ittiham olunub.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR