Rusiyalı ekspert: \"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir\"

Rusiyalı ekspert: \

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”.

 

Sfera.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.

 

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.

 

“Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığının, işğal olduğunun, Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi nəticəyə gəldilər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı, qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı münasibətlərə Rusiya Sülhməramlı Kontingentinin lazım olmadığını göstərir. Mən bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibətilə təbrik edirəm. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər”, - Naumov qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan, Qazaxıstan və Özbəkistan Əməkdaşlıq Memorandumu İMZALADI

Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.   Sfera.az xəbər verir ki, bu barə...

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

2024-cü ilin may ayında olacaq maqnit qasırğalarının vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, 1, 2, 3, 5, 6, 7 və 22 may tarixlərində o...

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

İtaliyanın şəhəri Milanda gecə yarısından sonra dondurma və qəlyanaltıların satışı qadağan oluna bilər.   Sfera.az bildirir ki, bu barədə yeni qanun...

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.   Sfera.az-ın xəbərinə görə, 15 iyun Azərbay...

Buraxılış imtahanlarının nəticələri Polis Akademiyasına qəbula necə təsir edəcək? - AÇIQLAMA

Ölkəmizdə abituriyentlər arasında Polis Akademiyasına maraq olduqca böyükdür. Bildiyimiz kimi, keçirilən buraxılış imtahanlarında 53 nəfər şagird 300 bal toplay...

İlham Əliyev Rusiyanın Baş ravvinini QƏBUL ETDİ - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.   Sfera.az xəbər verir ki, görüşdə VI Ümu...