DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var

DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən aksiyada təxribat törətmək istəyənlər var. Onlar müəyyən edilərək polislər tərəfindən saxlanılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi İdarəsinin rəisi Vaja Siradze jurnalistlərə açıqlamasında bildirib.

 

"Qəsdən təxribat törədən 30 nəfər var. Onlar polislərə qarşı təxribat törətmək istəyirlər. Polisə zəng edirlər, söyüş söyürlər, müqavimət göstərirlər. Mən onları dinc şəraitdə mitinq keçirməyə çağırıram”, - Vaja Siradze deyib.

 

Onun sözlərinə görə, hazırda saxlanılanların sayı barədə ətraflı məlumat yoxdur.

 

“Hazırda bizdə bununla bağlı dəqiq rəqəm yoxdur. Onlar polisə müqavimət göstəriblər. Aksiyaçıları qanuna tabe olmağa və mitinqin dinc şəraitdə keçirilməsi üçün sakit olmağa çağırıram”, - Siradze vurğulayıb.

 

DİN daha əvvəl Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

 

Qeyd edək ki, Tbilisidə keçirilən mitinq zamanı iştirakçılar parlament binasını mühasirəyə almağa çalışıblar.(Report)

 


OXŞAR XƏBƏRLƏR

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ...

Leopardla fotoqrafın bu görüntüləri viral oldu - FOTOLAR

Təbiətdəki bir ağacın altında yuxuya getmiş vəhşi təbiət fotoqrafı az sonra yumşaq bir dürtmə ilə yuxudan oyanıb. Gözlərini açanda yanında bir leopard görüb. On...

Fransada bir kitabxanada ölümcül tarixi kitablar aşkarlandı - FOTO

Fransa Milli Kitabxanası  (Bibliotheque Nationale de France) öz rəflərindən üz qabığı çox zəhərli arsenlə işlənmiş dörd kitabı yığışdırıb. Kitablar 19-cu ə...

CHP-nin prezidentliyə namizədi evində ölü tapıldı

Türkiyədə 31 Mart bələdiyyə seçkilərində Sur bələdiyyə başçılığına namizəd olmuş Abdülkadir Bədirin yaxınları onu evində ölü tapıblar. Sfera.az türk medias...

Dünyada yeni virus yayılır - VİDEO

Dünyada yeni virus yayılır.   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar bildirib ki, bu virus ördəklər və toyuqlarda rast gəl...

Şeron Stouna qarşı 35 min dollarlıq təzminat davası

Şeron Stoun 2023-cü ildə baş vermiş qəzada vurduğu ziyana görə məhkəməyə verilir.   Sfera.az bildirir ki, 66 yaşlı aktrisa avtomobili yüksək sürətlə ...