Almaniya Ukraynaya daha bir “Patriot” sistemi göndərəcək

19:40 / 13.04.2024
2345
Almaniya tezliklə Ukraynaya öz ehtiyatlarından daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
Sfera.az xəbər verir ki, bu barədə DPA Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, indiyədək Ukrayna Almaniyadan iki “Patriot” sistemi alıb.