Bayden Çin istehsalı olan elektrik avtomobillərini qadağan etməyə çağırıb

Bayden Çin istehsalı olan elektrik avtomobillərini qadağan etməyə çağırıb

"Çin elektrik avtomobilləri Amerika avtomobil sənayesi üçün ekzistensial təhlükədir."

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu senatın Bank Komitəsinin sədri senator Şerrod Braun deyib.

 

Fevral ayında Ağ Ev bildirmişdi ki, ABŞ Çin avtomobillərinin milli təhlükəsizlik riski olub-olmaması ilə bağlı araşdırmaya başlayır.

 

"Biz Çinin hökumət tərəfindən dəstəklənən fırıldaqlarını Amerika avtomobil sənayesinə gətirməsinə icazə verə bilmərik",- Senator Braun "X" sosial media platformasında demişdi.

 

Ağ Ev bildirib ki, Vaşinqton Çin istehsalı olan avtomobillərdəki texnologiyanın sürücüləri və sərnişinləri haqqında böyük həcmdə həssas məlumat toplaya biləcəyi ilə bağlı narahatlıqlara görə məhdudiyyətlər qoya bilər.

 

O, xəbərdarlıq edib ki, internetə qoşulan avtomobillər ABŞ infrastrukturu haqqında ətraflı məlumatı qeyd etmək üçün müntəzəm olaraq kamera və sensorlarından istifadə edir, kritik infrastrukturla birbaşa əlaqə qurur və uzaqdan idarə oluna və ya söndürülə bilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat y...

Qusarda hərbi hissədə nöqsanlar aşkar edilib

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.   Bu barədə Sfera...

İşğal dövründə Rusiya Ermənistan üçün bunları daşıyırmış - VİDEO

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyi...

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi he...

"Qarabağ" UEFA reytinqində geriləyib

Klubların yeni UEFA reytinqi açıqlanıb.   Sfera.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi d...

Pərvin Kərimzadə: Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub

Azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən ...