İranın xaos nizamı: İslam Respublikası Yaxın Şərqi yenidən qurur?

İranın xaos nizamı: İslam Respublikası Yaxın Şərqi yenidən qurur?

İsrail və HƏMAS arasındakı müharibə və bunun daha geniş alovlanmaya çevrilə bilməsi ehtimalı üç ABŞ prezidentinin diqqətləri Yaxın Şərqdən yayındırmaq üçün qətiyyətli səylərini artırıb. 

 

Sfera.az Suzan Maloneyin mövzu ilə bağlı yazısını təqdim edir.

 

Oktyabrın 7-də HƏMAS-ın hücumundan dərhal sonra ABŞ prezidenti Co Bayden ABŞ-ın əsas müttəfiqi olan İsraili dəstəkləmək və hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq üçün çevik addımlar atsa da, hazırda münaqişə demək olar ki, cəhənnəm dalanına dirənib.


İranın İslam rejimi 1979-cu ildəki öz inqilabından sonra dini üsyanları təhrik etməyə çalışır. Bu, bir çox ekspertlərə uğursuz görünə bilər. Doğrudan da, Vaşinqtonda və başqa yerlərdə belə bir fikir formalaşıb ki, İran tamamilə təcrid olunub. Amma bu heç vaxt doğru olmayıb. Bunun əvəzində Tehran məqbul imkanlarını qoruyub saxlamaqla, milisin gücündən istifadə etmək və qonşuluqdakı əməliyyatlara təsir göstərmək üçün hesablanmış strategiya işləyib hazırlayıb. Bu məkrli planın əsl üzü regionda HƏMAS təhlükəsinin  davam etdiyi ərəfədə İraq, Livan və Yəməndə İrana bağlı milislərin sonrakı hücumları ilə təsdiqləndi.

 

Oktyabrın 7-dən sonra Yaxın Şərqdə strateji mənzərəni əsasən İran yaradır və bütün hesablar məhz onun xeyrinə hesablanır. Tehran fürsəti xaosda görür. İran liderləri Qəzzadakı müharibədən öz rejimlərinin nüfuzunu yüksəltmək, İsraili zəiflətmək, ABŞ-ın maraqlarını sarsıtmaq və regional nizamı öz xeyrinə formalaşdırmaq üçün istifadə edir və şişirdirlər.


Həqiqət isə budur ki, İslam Respublikası indi Yaxın Şərqdə dominantlıq etmək üçün həmişəkindən daha yaxşı mövqedədir. 


Əgər gələcəkdə nəzarət edilməzsə, İranın təsirinin kəskin şəkildə genişlənməsi İsrailə, bütün regiona və qlobal iqtisadiyyata fəlakətli təsir göstərəcək.

 

İranın gücünün bu yüksəlişinin qarşısını almaq üçün Bayden təcili olaraq fələstinli mülki vətəndaşları İsrailin hərbi əməliyyatlarının ağır təsirindən qorumaq, İranın dağıdıcı müharibə strategiyasına qarşı çıxmaq və Tehran əməkdaşlarının imkanlarını zəiflətmək məqsədi daşıyan aydın strategiya hazırlamalı və həyata keçirməlidir.


Bu məqsədlərə nail olmaq Vaşinqtondan ağıllı addımlar tələb edir. Amerikalılar da öz hökumətlərinin Yaxın Şərqdəki öhdəlikləri ilə bağlı hərbi, iqtisadi və humanitar xərclərindən artıq yorulublar. Lakin ABŞ-dan başqa heç bir dünya gücü İranın qarşısını almaq, İsrail və HƏMAS arasında münaqişəni idarə etmək və onun ən zərərli nəticələrini saxlamaq üçün hərbi və diplomatik imkanlara malik deyil.

 

HƏMAS 2007-ci ildə Qəzzanı ələ keçirəndən bəri İran onun əsas dəstəkçisi olub. Tehran 7 oktyabr hücumuna əsas lazım olan maddi və digər dəstəyi HƏMAS-a göstərib. İran HƏMAS-a o cümlədən, hərbi texnologiya, kəşfiyyat və ildə 300 milyon dollara qədər maliyyə yardımı ayırıb. İran HƏMAS-ı pilotsuz təyyarələr, raketlər, silahlar, infrastrukturla təmin edib, həmçinin hərbi təlimləri təşkil edib.

 

Oktyabrın 7-dən sonra İranın dəstəklədiyi milis qüvvələri də bölgədəki İsrail və ABŞ qüvvələrini hədəf alıb, fəaliyyətlərini sürətlə artırıblar.

 

Digər tərəfdən də Yəmən əhalisinin çox hissəsini idarə edən və İranın birbaşa dəstəklədiyi silahlı qrup “Husilər” Qırmızı dənizdən keçən gəmilərə hücum edərək, 2024-cü ilin ilk iki ayında Süveyş kanalı vasitəsilə tranzitin 50% azalmasına səbəb olub.

 

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurillanın mart ayında Konqresə təqdim etdiyi hesabata görə, İranın müttəfiqlərinin zərbələrini artırması və ABŞ ordusunun bundan sonra cavab verməsi Tehrana bağlı olmayan İŞİD kimi terror təşkilatlarını da cəsarətləndirib və hücumların artmasına səbəb olub.

 

İran isə öz növbəsində 7 oktyabrdan sonra diplomatik statusunu yaxşılaşdırmaq üçün aydın addımlar atmağa çalışır.


İranın dəstəklədiyi milislərin hücumları Vaşinqton və dünya üçün amansız problem yaradır. İranın oktyabrın 7-dən bəri məharətlə tətbiq etdiyi ritorika, diplomatiya və terrorizm birləşməsi onun ideoloji və strateji prioritetlərindən bəzilərini irəli aparır. HƏMAS kimi İran rəhbərliyi də İsrailin məhv edilməsini və Qərb üzərində qələbə çalmağı müdafiə edir.

 

Tehran regional iddialılığı Rusiya və Çinlə daha da yaxınlaşmaq şansı kimi görür. Maraqlıdır ki, martın əvvəlində Çin, İran və Rusiya Oman körfəzində birgə hərbi dəniz təlimlərinə başlayıblar. Bu, son beş ildə dördüncüdür.

 

Bu hadisələrin heç biri İranın qarışıqlıq şəraitində yeni imkanlar görməsinin və impulsiv addımlar atmasının nəticəsi deyil. Onlar zamanla sınaqdan keçirilmiş  dövlət fəaliyyət proqramının nəticəsidir.

 

İslam Cümhuriyyəti qurulandan bəri İran rəhbərliyi ekstremist ambisiyaları qoruyub saxlamağa davam edir. 1979-cu ildən bəri ölkə xaos və qeyri-sabitliyi istər daxili, istərsə də beynəlxalq aləmdə öz maraqlarını və nüfuzunu inkişaf etdirmək üçün bir fürsət kimi qiymətləndirir.

 

Tərcümə etdi: Xanım


OXŞAR XƏBƏRLƏR