Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Dünya
22:20 / 09.04.2024
4927
Britaniyalı nəzəri fizik, Nobel mükafatı laureatı, Edinburq Universitetinin professoru Piter Hiqqs 95 yaşında vəfat edib.
“Professor Hiqqs qısa sürən xəstəlikdən sonra evində vəfat edib”, - Edinburq Universitetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, alim 1960-cı illərdə elementar hissəciklərin kütləsini izah edən “Higgs metodu”nun ixtirası ilə məşhurlaşıb. 2013-cü ildə o, öz işinə görə Nobel mükafatı alıb.