22 il həbsdə qaldı: Edam edildikdən 4 il sonra günahsız olduğu məlum oldu

22 il həbsdə qaldı: Edam edildikdən 4 il sonra günahsız olduğu məlum oldu

Ledell Lee (Li) 22 il həbsdə olub, sonra edam edilib. Onun edamından 4 il sonra cinayət silahının üzərində başqasının DNT-si tapılıb. 

 

Sfera.az bildirir ki, Linin Ölümündən 4 il sonra “Məsumluq Layihəsi” və Amerika Vətəndaş Azadlıqları Birliyinə bağlı hüquqşünaslar qətl silahında daha əvvəl heç vaxt sınaqdan keçirilməmiş başqasının DNT-sinə rast gəliblər.

 

Ölümündən əvvəl Li 19 aprel 2017-ci ildə BBC-yə demişdi:

 

“Son sözlərim həmişə olduğu kimi olacaq. Mən günahsızam”- deyə bildirib.


Qətl törədilmiş silahın üzərindəki DNT nümunəsi yalnız o öldükdən sonra məlumat bazasına yüklənib.


Linin bacısı Patrisiya Yanq illərdir 1993-cü ildə 26 yaşlı Debra Rizin ölümünə səbəb olan şəxs onun qardaşı olmadığını izah etməyə çalışırdı.

 

“Biz xoşbəxtik və ümid edirik ki, bu yeni sübut DNT məlumat bazasına daxil olacaq və gələcəkdə bu iş haqqında yeni məlumatlar ortaya çıxacaq”.


Yanqın açdığı iddiaya cavab olaraq, Jacksonville şəhər rəsmiləri qurbanın yataq otağından qanlı taxta çubuq, onun ətrafına bükülmüş qanlı ağ köynək və sınaq üçün bir neçə başqa sübut tapdıqlarını təsdiqləyiblər.


“Təqsirsizlik Layihəsi” uzun müddət əvvəl, o cümlədən Linin ölümündən dərhal sonra DNT testi tələb etmişdilər, lakin hər dəf rədd cavabı almışdılar. Yanq tərəfindən verilən şikayətə görə, işdə olan hakim Linin edam edilməməsi tələbi ilə bağlı faylı “uzun müddətə təxirə salınıb”- deyərək bağlayıb.


Linin 2017-ci il aprelin 20-də həyata keçirilən edamı Arkanzasda son on ildən çox müddət ərzində həyata keçirilmiş ilk edam olub.


Mətbuat konfransında qubernator Asa Hatçinson Linin edam edilməsini müdafiə edib. 

 

"Qanunun tətbiqi mənim işimdir"-deyən qubernator “münsiflər heyəti əllərində olan məlumatlara əsasən onu təqsirli bildi"-deyə əlavə edib. O, yeni DNT dəlillərini “etibarsız”- adlandırıb.


Hüquqşünaslar da köynəkdəki yeni sınaqdan keçirilmiş DNT və qətl silahının hər ikisinin tək bir şəxsə aid olduğunu, lakin həmin şəxsin Li olmadığını açıqlayıb.


“İnnocence Project”ə görə, Linin bu qətlə görə mühakimə olunmasına səbəb olacaq heç bir fiziki sübutu yox idi. İşdə ona qarşı irəli sürülən arqumentlər onun işə sərxoş və hazırlıqsız gəlməsi, etibarlılığı dəqiq olmayan məhəllə sakinlərinin şahid ifadələri olub.


Linin ilk məhkəməsində münsiflər heyəti yekdil qərara gələ bilməyib. İkinci iş isə 1995-ci il oktyabrın 10-da baş tutub.


Yanq qərara qarşı çıxıb.

 

Məhkəmə qərarı o zaman bir çox ağdərili amerikalıların qəzəbinə və təəccübünə səbəb olub. Qeyd edək ki, ABŞ-da bu kontekstdə irqi ayrıseçkilik var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...