Makiyaj etmədiyinə görə işə götürülmədi - FOTO

Makiyaj etmədiyinə görə işə götürülmədi - FOTO

Melissa Weaver heyrətamiz müsahibədən keçməsinə və şirkətin bütün tələblərinə cavab verməsinə baxmayaraq, istədiyi işə qəbul ola bilməyib. Bu barədə o, TikTok-dakı videolardan birində danışıb.

 

Sfera.az bildirir ki, ruhdan düşmüş qadın səbəb göstərilməsini tələb edib. Gələn cavab qarşısında isə çaş-baş qalıb. Ona xarici görünüşünə kifayət qədər səy göstərmədiyi bildirilib. İşə götürən şəxs Melissanın makiyaj etmədiyini bildirib. Bu, gənc qadın üçün gözlənilməz sürpriz olub.

 

"Çox əsəbləşdim. Bu işi çox istəyirdim, eyni zamanda çaş-baş qaldım. Ona görə də heç vaxt etmədiyim bir şey etdim: cavab məktubu yazaraq, geri dönüş istədim".


İşəgötürənlər ona CV-nin mükəmməl və təcrübəsinin şirkət üçün uyğun olduğunu, lakin müsahibədən keçdiyi vəzifənin mövqeyini nəzərə aldıqlarını qeyd edib.

 

İşəgötürən, qadının görünüşünə kifayət qədər önəm verməməsindən narahat olduğunu bildirib.

 

İşə qəbul üzrə ekspert Daniela Herrera qeyd edib ki, bu cür qərəzlər çox aktualdır. İnsanlar ədalətsiz cinsi və ictimai gözləntilərə görə ayrıseçkiliyə məruz qalırlar. 
O əlavə edib ki, işə götürmə menecerləri hələ də iş yerində çox köhnəlmiş, ədalətsiz stereotipləri və qərəzləri davam etdirirlər.


Bir çox izləyicilər də öz təcrübələrinə əsasən, qadınların hələ də üzləşdiyi haqsız gözləntilərdən məyus olduqlarını dilə gətiriblər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

XİN: "Mina təhlükəsinə son qoymaq üçün beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var"

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var. &nb...

Ən yüksək inflyasiya hansı ölkələrdə olur? – MARAQLI FAKT

Mart ayında açıqlanan rəsmi inflyasiya məlumatlarına əsasən dünyada ən yüksək bahalaşma Argentinada qeydə alınıb.    Sfera.az xəbər verir ki, Ar...

İtaliyalı modelyer Roberto Kavalli VƏFAT ETDİ

İtaliyalı modelyer Roberto Kavalli 83 yaşında vəfat edib.   Sfera.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, sənətkar uzun sürə...

Zərdab sakinləri olan ata və qızı Kür çayında BATDI

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.   Sfera.az xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən ...

Mina partlayışında xəsarət alaraq Yevlaxda xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti AÇIQLANDI

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu əməliyyata alın...

Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə SƏFƏR ETDİLƏR - FOTO

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.   Sfera.az xəbər veri...