NATO Baş katibi və Blinken arasında görüş keçirildi - Hansı məsələlər müzakirə olundu?

NATO Baş katibi və Blinken arasında görüş keçirildi - Hansı məsələlər müzakirə olundu?

Bu gün Brüsseldə NATO Baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə NATO mətbuat xidməti məlumat yayıb.

 

Görüş NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

 

Yens Stoltenberq görüşdə ABŞ-ın NATO-ya liderliyinə görə təşəkkür edib. Baş katib Alyans üzvlərinin müdafiə xərclərinin paylaşılmasına sadiq olduqlarını, üzv ölkələrin əksəriyyəti artıq ümumdaxili məhsullarının (ÜDM) 2 faizinin hərbi sahəyə xərclənməsi ilə bağlı addımlar atdıqlarını nəzərə çatdırıb.

 

NATO Baş katibi Ukrayna müharibəsinin Asiya-Sakit okean regionu ilə Avropanın təhlükəsizliyi bir-biri ilə necə əlaqəli olduğunu göstərdiyini söyləyib. Yens Stoltenberq Şimali Koreya, Çin və İranın Rusiyanı müxtəlif yollar və vasitələrlə dəstəklədiklərini də söyləyib. Onun sözlərinə görə, bu, təhlükəsizliyin regional deyil, qlobal məsələ olduğunu sübut edir.

 

Antonii Blinken isə bildirib ki, Alyans müdafiə xarakterlidir, heç kimə qarşı yönəlməyib, öz üzvlərini qorumaya yönəlib. Dövlət katibi NATO-nun tarixdə ən uğurlu hərbi alyans kimi qiymətləndirib və Yens Stoltenberqin Alyansa liderliyini yüksək qiymətləndirib. (APA)


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...