Merilin Monro olmaq üçün 50 min dollar xərclədi - FOTO

Merilin Monro olmaq üçün 50 min dollar xərclədi - FOTO

Əvvəllər plastik cərrahiyyə vasitəsilə Merilin Monronun eynisi olmaq fikrinə düşmüş 24 yaşlı Serena Smit indi çox peşmandır.  O, bütün ekstremal kosmetik prosedurlardan imtina edərək, öz təbii görünüşünə geri qayıtmaq qərarına gəlib.


Sfera.az bildirir ki, model bu yaxınlarda kukla kimi mükəmməl görünüşün əslində onu yadplanetli kimi göstərdiyini başa düşüb. 


Serena 18 yaşından bəri çoxsaylı cərrahi müdaxilələrə, o cümlədən sinə böyütmə, rinoplastika, braziliyalı omba liftinqi, həmçinin botoks və dolğulara ümumilikdə 50 min ABŞ dollarından çox xərcləyib. Bütün bunlar Hollivud divası hesab edilən Merilinin ideallaşdırılmış imicinə mümkün qədər yaxınlaşmaq üçün olub.

 

Serena təzəlikcə süni görünüşün onu ideal deyil, əksinə yadplanetli kimi göstərdiyini anlayıb. O, artıq qeyri-real gözəllik standartlarına əməl etməmək və təbii gözəlliyini qiymətləndirməyi öyrənmək qərarına gəlib.

 

"Təbii gözəlliyi qəbul etməyə çalışıram. Görünüşümdən xoşum gəlir, zaman keçdikcə hər şeyin bizə şüuraltına yeridildiyi kimi olmadığını başa düşdüm. Bəlkə də müdriklik yaşla, özünü qəbul etməyi öyrənəndə gəlir"- Serena etiraf edib.

 

Model artıq üzünü həddən artıq süni göstərən çənəsindəki dolğunu çıxarıb. Lakin o, gələcəkdə kosmetik prosedurların, məsələn, döş üzərində təkrar cərrahiyyə əməliyyatlarının mümkünlüyünü də istisna etmir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...