\"Heç yerə qaçmaq fikrim yoxdur\" - Xalq artisti

\

“Crocus Group”un birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov Bakıda Rusiyanın "Forbes" jurnalına müsahibə verib.

 

Sfera.az xəbər verir ki, sənətçi martın 22-də “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı ona ünvanlanan sualları cavablandırıb. O, hadisənin başladığı an Kutuzovskidəki ofisində olduğunu bildirib:

 

"İşçilərdən biri - zalın direktoru Roman Qraçov mənə zəng etdi və "Crocus"da atışma olduğunu söylədi. O vaxt Kutuzovskidəki ofisimdə idim. Maşına mindim, faciə yerinə getdim, yəqin ki, 30-45 dəqiqəyə çatdım. Yəni ilk atışlardan 40-45 dəqiqə sonra mən artıq "Crocus"un girişində idim.

 

Həmin vaxt artıq binada yanğın başlamışdı və ziyarətçilərin çoxu çıxıb getmişdi. Əlbəttə, bu, dəhşətli mənzərə idi, artıq küçədə ölülər var idi. Qraçev və digər işçilərlə birlikdə foyedə sağ qalanların olub-olmamasını yoxladıq. Təəssüf ki, onlar arasında sağ qalan yox idi".

 

Emin atası, “Crocus Group”un prezidenti Araz Ağalarovla birlikdə serverlərin olduğu mərtəbəyə qalxdıqlarını bildirib:

 

"Birbaşa "Crocus City Hall"a girə bilmədik, çünki yanğın başlamışdı. Hadisə yerinə “Crocus Group”un prezidenti Araz Ağalarov gəldi. Zalın direktoru və mühafizəçilərlə birlikdə server otağına yollandıq. Biz küçəboyu zalın ətrafında qaçdıq, tamaşaçıların zalı tərk etdiyi evakuasiya dəhlizlərinə girdik, tüstülü dəhlizlərdən keçdik və dördüncü mərtəbəyə çıxdıq. Orada serverlərin olduğu metal qapını tapdıq.

 

Qapını dərhal açmaq mümkün olmadı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından biri bizə kömək etdi. Biz ondan balta götürdük və naqilləri kəsərək serveri çıxardıq. Onu hüquq-mühafizə orqanlarına təhvil verdik. Qalan vaxtımızı isə orada keçirdik".

 

Emin terror aktından sonra Rusiyadan getməsi ilə bağlı xəbərlərə isə "Heç yerə qaçmaq fikrim yoxdur" cavabını verib.

 

Qeyd edək ki, hadisə nəticəsində 144 nəfər ölüb, 382 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...