Yaponiyada zəlzələ oldu

Dünya
20:11 / 14.03.2024
3934
Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Bildirilib ki, zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb - yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib.
Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Yeraltı təkanlar Tokioda hiss olunub.