“İlon Mask yadplanetlidir” - Türkiyəli ekstrasensdən qəribə İDDİA
![“İlon Mask yadplanetlidir” - Türkiyəli ekstrasensdən qəribə İDDİA](https://sfera.az/photo/orginal/2024/02/22/1708597158_65d6ecbc1210465d6ecbc12105170858412465d6ecbc1210065d6ecbc12102.jpg)
Türkiyəli ekstrasens və astroloq Ceyda Yamanoğlu teleproqramlardan birində maraqlı iddia səsləndirib.
Sfera.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o milyarder İlon Maskın yadplanetli olduğunu iddia edib.
“Evini axtarır. Bədəni insanı bədəni olsa da, ruhu bizdən deyil. Ona görə kosmosa, texnikaya bu qədər invetisiya yatırır. Geri dönmək üçün yollar axtarır. O insanlığa zərər vermir, bizim inkişafımız üçün səy göstərir”, - ekstrasens bildirib.
Qeyd edək ki, İlon Maskın yadplanetli olması haqqında son illər dəfələrlə müxtəlif ölkələrin mediasında iddialar səsləndirilib.
2019-cu ildə Mask dünya rəhbərlərinin zirvə toplantısında “bəzi insanlar mənim yadplanetli olduğumu düşünr, bu doğru deyil” şəklində açıqlama versə də, 2021-ci ildə öz X hesabından bir xanımın “yadplanetlisiniz?” syualına “bəli” deyə cavab verməklə yenə fikirləri qarışdırımışdı. (Lent.az)