Keçmiş baş nazir və həyat yoldaşı eyni vaxtda evtanaziya olundular

Keçmiş baş nazir və həyat yoldaşı eyni vaxtda evtanaziya olundular

Hollandiyanın keçmiş baş naziri Dris van Aqt və həyat yoldaşı evtanaziya olunublar.


Sfera.az bildirir ki,Hollandiyanın keçmiş baş naziri Dries van Agt və həyat yoldaşı Eugenie van Agt-Krekelberg evtanaziya proseduru nəticəsində dünyalarını dəyişməyə qərar veriblər. Onların hər ikisinin 93 yaşı olub.

 

Bu barədə agentliklər mərhum Aqtin rəhbərlik etdiyi "The Rights Forum" hüquq müdafiə təşkilatına istinadən məlumat yayıblar.


"Dries yetmiş ildən artıq bir yerdə olduğu və həmişə "qızım" adlandırdığı, ona daim dəstək olan sevimli həyat yoldaşı Eugenie van Agt-Krekelberg ilə əl-ələ verib öldü. Dəfn mərasimi çox özəl təşkil edilmişdi”- hüquq müdafiə təşkilatı bildirib.


Qeyd edək ki, Dris van Aqt Xristian Demokratik Müraciət partiyasına rəhbərlik edib. Hollandiyanın ədliyyə naziri (1971-1977), xarici işlər naziri (1982) və baş nazir (1977-1982) vəzifələrini icra edib. Daha sonra (1987-1995) Avropa Birliyinin Yaponiya və ABŞ-da səfiri vəzifəsində çalışıb.


Bu arada, Britaniyanın “The Guardian” nəşri Hollandiyada “ikiqat evtanaziya” meylinin artdığını qeyd edib. 2020-ci ildə 26 cütlük evtanaziyaya üçün icazə alıbsa, növbəti ildə bu rəqəm 32-yə, 2022-ci ildə isə 58-ə yüksəlib.


Hollandiya və evtanaziya


Hollandiya evtanaziyanı qanuniləşdirən ilk ölkədir. 2002-ci ildə qəbul edilmiş qanunla ölkədə evtanaziya xəstə yaxınları və ya xəstənin istəyi iə həyata keçitilir. Bu hüquqdan böyüklər və 12 yaşdan yuxarı uşaqlar istifadə edə bilərlər. Bununla belə, xəstələr bu prosedurdan keçmək üçün ciddi meyarlara cavab verməlidirlər. Şərtlərə dözülməz əzab, rahatlama şansının olmaması və uzunmüddətli ölmək daxildir. Əsasən, bu prosedur evdə bir ailə həkimi tərəfindən həyata keçirilir.
 

2024-cü ilin fevral ayından etibarən isə Hollandiyada evtanaziya 12 yaşdan kiçik uşaqlar üçün də əlçatan olacaq. Qanun 5 ildən 10 yaşa qədər olan kiçik qrup uşaqlara şamil ediləcək ki, onlar üçün palliativ qayğı artıq əziyyəti aradan qaldırmaq üçün kifayət deyil.


Belçika isə 2014-cü ildə uşaqların evtanaziyasına dair qanun qəbul edən ilk ölkədir, ikinci Hollandiya olacaq.


Yale Universitetinin iqtisadiyyat üzrə professoru Yusuke Narita isə Yaponiyada millətin problemini həll etmək üçün bir yol tapıb. O hesab edir ki, qocaların evtanaziyası millətin cavanlaşmasına kömək edəcək.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Navalnının arvadı ilə bağlı QƏRİBƏ İDDİA: “İllərdir, bunu gözləyirdi...” 

Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya barədə iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya Təhlükəsizli...

“Apple”dan “iPhone” 15-lə bağlı AÇIQLAMA: "Səhv etmişik, əslində..."

“Apple” şirkəti “iPhone” 15 modeli ilə bağlı qənaətinin səhv olduğunu açıqlayıb.  Sfera.az xəbər verir ki, bu modeldən olan te...

“MTV”-nin yayımı 8 saatlıq DAYANDIRILACAQ

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.   Şuradan Sfera.az-a verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan,...

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarış APARILIR - FOTO - YENİLƏNDİ - 1

Ağdam sakini Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsinə dair təfərrüatlar araşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yayd...

Malayziya Baş naziri Prezidenti TƏBRİK ETDİ

Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, təbri...

Azərbaycanda əhali daha çox dollar almağa başlayıb - SƏBƏB NƏDİR?

Azərbaycanın Mərkəzi Bankında keçirilən valyuta hərraclarında dollara tələbi azaltmaq mümkün olmur.  Sfera.az xəbər verir ki, bu gün keçirilən növbəti...