Robotlar insanları əvəz edir - 263 min nəfər işsiz qalıb

Robotlar insanları əvəz edir - 263 min nəfər işsiz qalıb

Dünyanın böyük texnologiya şirkətləri ilin əvvəlindən 34 min nəfəri işdən çıxarıb.

 

Sfera.az xəbər verir ki, texnologiya şirkətləri böyüməni dəstəkləmək üçün süni intellekt sahəsinə sərmayə yatırımlarını artırıb və bunun nəticəsində 34 000 iş yeri ixtisara düşüb. 


İxtisarları izləyən “Layoffs.fyi” internet saytından verilən məlumata görə, “Microsoft”, “Snap”, “eBay” və “PayPal” kimi iri şirkətlər yanvarın əvvəlindən minlərlə insanı işdən çıxarıb. Bu il ümumilikdə 138 texnologiya şirkətinin işçilərini ixtisar etdiyi görülüb. 


“Layoffs.fyi”nin məlumatlarına görə, 2023-cü ildə texnologiya sektorunda ümumilikdə 263 min insan işdən çıxarılıb. “Meta”, “Amazon” və “Microsoft” kimi böyük texnologiya şirkətləri süni intelekt texnologiyalarına daha böyük sərmayələr qoyur ki, bununla da insan əməyinə ehtiyac azalır. 


ABŞ-nin “Jefferies Bank”ın analitiki Brent Till isə hesab edir ki, ixtisarlar davam edəcək və vəziyyət daha da pisləşəcək. “Bu, yoluxucu hal alıb" deyən analitik şirkətlərin süni intellekt kimi yeni sahələrə sərmayə qoymaq üçün resurslarını yenidən planlaşdırdığını və buna görə də hər il çoxlu sayda insanın işsiz qaldığını bildirib. 

 

Vasif



 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...