“Squid Game”in yeni sezonunun İLK KADRLARI yayımlandı

“Squid Game”in yeni sezonunun İLK KADRLARI yayımlandı

“The Squid Game”in ikinci mövsümünün ilk kadrlarını yayımlanıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Netflix” paylaşım edib.  Serialda personajların külli miqdarda pula görə yenidən döyüşmək üçün oyuna qayıtdıqları əks olunub.

 

"The Squid Game"in ikinci mövsümündə Lim Siwan, Kang Haneul, Park Sunghoon, Yang Donggeun, Cho Yuri, Kang Ae-sim, Lee David, Lee Jin-kwon, Choi Seung-hyun, Noh Jae-won, Won, Ji-an və Park Gyu Young rol alıblar.

 

Serialın davamı 2024-cü ildə çıxacaq, lakin ikinci mövsümün dəqiq buraxılış tarixi hələ məlum deyil.

 

Xatırladaq ki, "The Squid Game"in ilk mövsümü 2021-ci ildə buraxılıb və “Netflix”in ən uğurlu və ABŞ-də ən çox baxılanlar siyahısında birinci yerdə qərarlaşan ilk Koreya serialı olub.  İlk sezonun qəhrəmanları sağ qalma oyununa girərək maddi problemlərini həll etməyə çalışan personajlar idi. Böyük pul mükafatı üçün 454 iddiaçı bir-birinin ardınca mübarizədən kənarlaşdırılır, lakin qalib sonda mükafatla kifayətlənmir və oyunun arxasında kimin dayandığını öyrənmək qərarına gəlir.

 

İnci


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...