Pandalar öz “Facebook”larını yaradıblar

Pandalar öz “Facebook”larını yaradıblar

Alimlər müəyyən ediblər ki, uzun müddət ən tənha heyvan hesab edilən nəhəng panda (və ya bambuk ayı) əslində aktiv sosial həyat tərzi sürür. Onlar qohumları və dostları ilə öz yaratdıqları “Facebook” vasitəsilə əlaqə saxlayırlar.
 

Sfera.az bildirir ki, elm indiyə qədər utancaq, tək və kifayət qədər antisosial sayılan ayılara yeni nəzər salıb.
 

Tədqiqatçılar aşkar ediblər ki, pandalar heç də tək deyillər. Onlar sadəcə olaraq, məsafəli ünsiyyət qurmağa üstünlük verirlər.

Yeni araşdırma Miçiqan Dövlət Universitetinin (MSU) alimləri tərəfindən Çinin Volunq Təbiət Qoruğunda aparılıb. Tədqiqatçılar bu dəfə Pandaların qohumları üçün qoxu siqnalları (bir növ mesaj) qoyduqları ağaclara diqqət yönəldiblər. Ağaclara qoyulan bu mesajlar təəccüblü dərəcədə mürəkkəb olub.


Tədqiqatın aparıcı müəllifi Tomas Konnor deyir:

“Diqqətlə izləməyə başlasanız, dağların zirvələrində və müxtəlif cığırlarda qoxu ilə işarələnmiş ağaclar tapacaqsınız. Burada pandalar tez-tez bir-birlərinə mesajlar göndərirlər. Bu ağaclar pandaların sosial şəbəkəsidir. Facebook kimi, onlar da asinxrondur, yəni kimsə ilə əlaqə saxlamaq üçün eyni anda eyni yerdə olmaq məcburiyyətində deyilsiniz. Pandaların qoxusunu işarələyən ağaclar saytdakı paylaşımlardan o qədər də fərqlənmir”.


Belə ki, Pandalar bir-birinə pişik videoları göndərə bilməzlər, lakin ağacın üzərində pişiyin cinsi, yaşı, məhsuldarlığı və fiziki parametrləri haqqında ətraflı məlumat buraxa bilərlər.


Tədqiqat qrupu pandaların bu xüsusiyyətlərini müəyyən etmək üçün 46 kvadrat kilometr ərazidə toplanmış DNT nümunələrindən istifadə edib.
 

"Biz bir-birindən müəyyən məsafədə olan iki fərdi panda tapdıq. Onlar birbaşa ünsiyyət qurmasalar da, qoxu vasitəsilə məlumat mübadiləsi aparırdılar. Bu, onların arasında sosial şəbəkə yaratdıqları anlamına gəlir"- Konnor deyir.
 

Pandaların davranışlarının il boyu dəyişməsi də maraqlıdır. İlin çox hissəsində pandalar yaxın ailə üzvləri ilə ünsiyyətə üstünlük verirlər. Çoxalma mövsümündə isə mesajlaşma daha tez-tez olur. Bununla pandalar öz ərazilərini dəqiq qeyd edir, ağaclardan xəritə kimi istifadə edərək ailə üzvləri və partnyorları arasında təhlükəli rəqabətin qarşısını almağı bacarırlar.


Qeyd edək ki, bir dişi pandanın çoxalma dövrü 24 saatdan 72 saata qədər davam edir. Çoxalma dövrünün effektiv olması, xüsusən tək yaşayan növlər üçün çox vacibdir.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...