Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədər xalq arasında dolaşmaqda davam edir. Bəziləri bu plantasiyada baş verənləri, yerli qızıldərililərin qəbirləri üzərində tikilməsi, bəziləri isə lənətli olması ilə əlaqələndirir.
 

Sfera.az çoxlu paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası haqqında yazı təqdim edir.
 

Luiziananın ən məşhur və ən “cinli" və kabuslu yeri olan Myrtles Plantation 1796-cı ildə General David Bradford tərəfindən tikilmişdir.


Müxtəlif əfsanələrlə məşhur olan bu məkan yarandığı gündən bu günə qədər paranormal hadisələrin mərkəzindən kənarda qalmayıb.


1700-cü illərdə başlayan hadisələrdən bəri ümumilikdə 10 qətl və intiharın baş verdiyi bu məkanda paranormal hadisələr, demək olar ki, çox tez-tez baş verir.


Yaxınlıqdakı kənd sakinləri “Myrtles Plantation”ın lənətləndiyinə inanırlar, çünki o, köhnə yerli Amerikalıların qəbiristanlığında tikilmişdir.
Lənətləndiyi deyilən mehmanxananın ən məşhur hadisəsi isə qul Cholenin hadisəsidir.


Ziyarətçilər qətlə yetirilən qul Cholenin və onun iki uşağının ruhları tərəfindən təqib edildiyini müşahidə edirlər.
Əvvəlcə fotoşəkilin optik illüziya ola biləcəyini düşünən Benoti şəxsən plantasiyaya gələrək araşdırmalar aparıb və görüntünün bütün fiziki ölçülərinin insan ölçüsündə olduğunu görüb.


Bu hadisədən sonra foto Chole açıqcası kimi satışa təqdim edilir.

“National Geographic Explorer”in çəkiliş qrupu şəxsən Myrtles plantasiyasına gedib və fotoda kölə qız olduğuna inandıqları silueti çəkiblər.


Norman Benoit adlı tədqiqatçı fotonu araşdırmaq üçün 1995-ci ildə Myrtles plantasiyasına getdi və gördüklərinə inana bilmədi.

Bu paranormal hadisədən sonra otelin divarlarında davamlı olaraq qanlı əl izlərinin göründüyü və yoxa çıxdığı müşahidə edilib.

 

Otelə gələn bir neçə qonaq fransız qadının 41 və 59 nömrəli otaqlar arasında daim nəsə axtardığını görüb.
Üstəlik, oteldəki yağlı boya ilə işlənmiş tablolardakı üzlərin canlandığı müşahidə edilib.


“Myrtles Plantation” indi Luiziana və hətta cənub bölgəsində ən məşhur oteldir. Dünyanın hər yerindən insanlar paranormal hadisələrin şahidi olmaq üçün buraya axışır.


Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...