Oğlanı qaçırdıb, qızını zorla ona ərə verdi - FOTO

Oğlanı qaçırdıb, qızını zorla ona ərə verdi - FOTO

Hindistanlı Qautam Kumarın subaylıqdan birbaşa planlaşdırılmamış evliliyə qədərki səyahəti sosial media istifadəçilərinin gülüşünə səbəb olub. Bu, Hindistanda kürəkən oğurluğu ilə bağlı son hadisələrdən biridir.
 

Sfera.az bildirir ki, noyabrın 29-da 3-4 nəfər Kumarın məktəbinə gələrək onu zorla aparıblar. 24 saat ərzində o, silah gücü ilə qaçıranlardan birinin qızı ilə evlənmək məcburiyyətində qalıb.


Polisin məlumatına görə, qaçırma Kumarın müəllim işlədiyi Vaişali rayonunda baş verib. Hadisədən sonra onun ailəsi yolu bağlayaraq etiraz aksiyası keçirib, bundan sonra polis itkin düşən müəllimin tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.


Oğurlananın yaxınları bu işdə Rajesh Rai adlı şəxsi təqsirkar bilib. Ailə Raini Kumarı zorla aparıb qızı Çandni ilə evləndirməkdə günahlandırıblar. Evlilik təklifini qəbul etməyən müəllimə fiziki təzyiq də edilib.
 

Polisdən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb və adam oğurlayanlara qarşı əlavə tədbirlərin görülməsi üçün araşdırmalara başlanılıb.
 

Qeyd edək ki, oxşar hallar Hindistanda hələ də var. Ötən il üç nəfər xəstə heyvanı müayinə etməyə çağırdıqları baytar həkimi qaçıraraq zorla evləndirib. Bir neçə il əvvəl Bihardan olan bir mühəndislə bağlı oxşar hadisə bütün manşetlərə çıxıb. Daha sonra Bokaro polad zavodunun kiçik meneceri, 29 yaşlı Vinod Kumar döyülərək qadınla evlənməyə məcbur edilib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...