Konor Makqreqor dördüncü dəfə ata oldu - FOTO

Konor Makqreqor dördüncü dəfə ata oldu - FOTO

35 yaşlı irlandiyalı döyüş ustası Konor Makqreqor dördüncü dəfə ata olub.

Sfera.az bildirir ki, çempion yeni doğulan körpəsinin şəkillərini İnstaqram səhifəsində 47 milyondan çox abunəçisi ilə paylaşıb.


Fotoda o, üçüncü oğlunu dünyaya gətirən 36 yaşlı sevgilisi Di Devlinlə birlikdə görünüb. Körpənin də üzü internet istifadəçilərinə göstərilib, lakin adı açıqlanmayıb.
 

Qeyd edək ki, idmançının Konor Jr. və Rian adlı 2 oğlu, Kroy Mairead adlı bir qızı da var.


UFC çempionu sevgilisi ilə 2008-ci ildən birlikdədir. Cütlük Makqreqor hələ o qədər də məşhur olmayanda gecə klubunda tanış olub. Konor həmin vaxt santexnika şirkətində işləyib.


2020-ci ildə Makqreqor nişanlandığını elan edib, lakin toy haqqında hələ heç nə açıqlanmayıb.



Xatırladaq ki, Konor Makqreqor 2023-cü ilin yayında cinsi təcavüzdə ittiham olunsa da, bu öz təsdiqini tapmayıb.


Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...