Bu ölkədə it əti yemək qadağan olunacaq – Qanun 2027-ci ildən qüvvəyə minəcək

Bu ölkədə it əti yemək qadağan olunacaq – Qanun 2027-ci ildən qüvvəyə minəcək

Cənubi Koreya hökuməti it ətinin istehlakını qadağan etmək üçün qanun layihəsi hazırlayıb.

 

Sfera.az xəbər verir ki, Cənubi Koreyada iqtidarda olan Xalq Gücü Partiyası heyvan hüquqlarının müdafiəçisi olan təşkilatların təzyiqi altında yeni sənəd hazırlandığını açıqlayıb. Qanun layihəsi qəbul edilərsə, 2027-ci ildən etibarən it ətinin istehlakı qadağan olunacaq.

 

Xalq Gücü Partiyasının rəsmisi qeyd edib ki, it ətinin istehlakının qadağan edilməsi həm ölkə daxilindən, həm də  beynəlxalq ictimaiyyətdən gələn təzyiqlərlə bağlıdır.

 

Cənubi Koreyada bəzi restoranlarda xüsusilə yay aylarında qızardılmış və ya bosintanq adlı şorbalarda it əti təklif edilir. Ölkə üzrə bu cür restoranlar yaşlı insanlar arasında daha populyardır.

Vasif


OXŞAR XƏBƏRLƏR