“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə...” - Zelenski

“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə...” - Zelenski

“Ordunun etdiyi ən böyük səhv siyasətə qarışmaqdır”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, qeyd edib ki, bu halda hərbçilər birbaşa vəzifələrini yerinə yetirməyi dayandırır və karyeralarına daha çox vaxt ayırırlar.

 

“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə, bu, öz qərarıdır. Amma o, hərbi əməliyyatlarda iştirak edə bilməz. Sabah siyasətə girəcəyini və ya seçkiyə qatılacağını düşünürsənsə, o zaman həm sözdə, həm də cəbhədə özünü hərbçi kimi yox, siyasətçi kimi aparacaqsan. Məncə, ən böyük səhv budur”, – Zelenski “The Sun” qəzetinə söyləyib.

 

Qeyd edək ki, bu yaxınlarda Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında münaqişənin olduğu deyilir. Həmçinin, yerli mətbuatda Zalujnının 2024-cü ildə Ukraynada keçiriləcək prezident seçkilərində iştirakının mümkün olduğu yazılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...