Qəzza zolağında HƏMAS-ın üç komandiri ÖLDÜRÜLDÜ

Dünya
12:03 / 20.11.2023
5286
Gecə saatlarında Qəzza zolağında quru əməliyyatı zamanı HƏMAS yaraqlılarının üç komandiri öldürülüb.
Sfera.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında fəaliyyətini davam etdirir.
“İsrail terrorçulara, terrorçuların infrastrukturuna zərbələr endirmək, həmçinin silah və hərbi texnikanı aşkar etmək üçün təyyarələr göndərir. Bundan əlavə, İDF-yə məxsus təyyarənin endirdiyi zərbə nəticəsində terrorçular məhv edilib”, məlumatda qeyd olunub.
Ülkər Abdurahmanlı