Çernobıl faciəsinin ikinci ildönümündə intihar edərək, milyonlarla insanı xilas etmişdi

Çernobıl faciəsinin ikinci ildönümündə intihar edərək, milyonlarla insanı xilas etmişdi

Valeri Leqasov Çernobıl faciəsinin pərdə arxasında baş verənləri araşdıran alim idi. Fəlakətin ikinci ildönümündə intihar edən kimyaçı ölümü ilə milyonlarla insanın həyatını xilas edib.
 

Sfera.az Valeri Leqasov haqqında yazı təqdim edir.
 

1936-cı il sentyabrın 1-də fəhlə ailəsində dünyaya göz açan Leqasov gənc yaşlarından özünü elmə, bəşəriyyətə həsr edib. O, Moskva Mendeleyev adına Rusiya Kimya Texnologiya Universitetini bitirdikdən sonra Kurçatov İnstitutunda magistratura və doktorantura təhsilini başa vurub. 1976-cı ildə professor adını alaraq, elə həmin ildən Moskva Universitetinin Kimya fakültəsinin radiokimya və kimya texnologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır.


Göründüyü kimi, Leqasovun çox parlaq akademik keçmişi var idi. Təbii ki, 1986-cı il aprelin 26-da baş verən məlum fəlakətə qədər çoxlarının həsəd aparacağı bir həyatı olduğunu demək olar.


Həmin səhər günə sakit başlayan Leqasov telefon danışığından sonra Çernobıldakı nüvə obyektində baş verən qəzadan xəbər tutub. Leqasova ərazini yoxlamağa gedəcəyi tapşırılıb. O, burada araşdırma aparan komandanın bir hissəsi olacaqdı. Leqasov komandanın rəhbəri olmasa da, bu komandanın siması olacaqdı. Kimya və molekulyar fizika üzrə mütəxəssis olan Leqasov, nüvə reaktorları üzrə mütəxəssis olmasa belə, komandada olmaq üçün ən inandırıcı namizəd idi. Üstəlik, hökumət reaktorda partlayışın yanacaq çənlərindən birində baş verdiyini və ciddi problemlə qarşılaşmayacağını düşünürdü.


Lakin Leqasov vertolyotla hadisə yerinə gələndə bunun sadə partlayış olmadığını anlayıb. O, dörd nömrəli reaktorun 300 metrliyindən keçərkən fəlakətin birbaşa şahidi olub.


Partlayışın ölçüsü o qədər böyük idi ki, ətrafdakı radiasiyanı ölçməyə çalışarkən hətta cihazlar da xarab olurdu. Bu mühitdə olan insanlar tez bir zamanda ətraf mühitdən uzaqlaşdırılmalı idi, əks halda fəlakət inanılmaz miqyasa çata bilərdi. Leqasov səlahiyyətlilərə insanların ərazidən təcili təxliyə edilməli olduğunu çatdırıb, lakin bu tələb 36 saatdan sonra qəbul edilib. Pripyat və onun ətrafında yaşayan 300 min insan təxliyə edilsə də, geridə bütün dünyaya təsir edəcək qədər təhlükəli olan reaktor qalıqları qalıb.


Çernobılda qaldığı hər dəqiqə Leqasovun ömrünü bir az da qısaldırdı. Yüksək radiasiyaya məruz qaldığı üçün o, ən çox bir neçə il daha yaşaya bilib.


Bununla belə, Leqasov öz həyatı bahasına olsa belə, Çernobıldan reaktor zibilini təmizləmək üçün getmədi. Partlayışa görə məsuliyyət daşıyan Sovet Rusiyası beynəlxalq aləmdə etibarını itirirdi. Bu vəziyyətin qarşısını almaq üçün növbəti dəfə Leqasovun köməyinə müraciət edilib. Leqasov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən iclasında iştirak edib və partlayışla bağlı 400 səhifəlik hesabat təqdim edib. Ona verilən suallara bir-bir cavab verərək, günahın Sovet Rusiyasına aid olmadığını bildirib.


Valeri Leqasovun səyləri nəticə verib və hamı onun sözlərinə inanıb. Bu addım Moskva cəbhəsində müsbət qarşılansa da, Leqasov üçün sonun sadəcə başlanğıcı idi.


Leqasov RBMK tipli reaktorlarda problem olduğunu bilirdi və ehtiyat tədbirləri görülməsə, yeni partlayışın qaçılmaz olacağından narahat idi. Leqasov səlahiyyətlilərə təhlükəni izah etsə də, heç kimin onun səsinə səs verməsinə nail ola bilmədi. Üstəlik, DTK nəinki Leqasovun xəbərdarlığına qulaq asmadı, hətta onu daim nəzarətdə saxlamağa başladı. Çox incəliklə ona bildirildi ki, əgər yersiz hərəkət etsə, cəzasız qalmayacaq.


Məruz qaldğı təhdidlərə baxmayaraq, Leqasov nəzarəti ələ keçirməli olduğunun fərqində idi. Bəlkə də sağ ikən, ona qulaq asmayanları öləndə qulaq asmağa məcbur edə bilərdi.

Heç kim Leqasovun Çernobıl faciəsinin pərdəarxası ilə bağlı səs yazılarını qoyaraq intihar edəcəyini gözləmirdi. Leqasov Çernobıldakı partlayışın ikinci ildönümündə özünü asıb. Onun intiharı həm Sovet Rusiyasında, həm də dünyada Leqasovun proqnozlaşdırdığı effekti verdi. RBMK reaktorları ilə bağlı qanun mümkün qədər tez qəbul edildi və növbəti mümkün fəlakətin qarşısı alındı.


1996-cı il sentyabrın 20-də Rusiya Prezidenti Boris Yeltsin Çernobıl faciəsinin araşdırılması zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Leqasova Rusiya Federasiyasının Qəhrəmanı fəxri adı verib.


Valeri Leqasov heç kimin asanlıqla cəsarət etməyəcəyi bir addım atmışdı. Bu qəhrəman öz canı müqabilində milyonlarla insanın həyatını beləcə xilas etmişdi.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR