71 il əvvəl yoxa çıxan 3 ulduzu alimlər hələ də tapa bilmirlər

71 il əvvəl yoxa çıxan 3 ulduzu alimlər hələ də tapa bilmirlər

19 iyul 1952-ci ildə ABŞ-ın Palomar Rəsədxanasının astronomları kosmosun şəkillərini çəkiblər.

Sfera.az bildirir ki, 71 il əvvəl, bir saatdan az müddətdə eyni anda üç parlaq obyekt astronomların gözündən itib.


Asteroid kimi obyektləri müəyyən etməyə kömək məqsədilə alimlər gecə səmasının eyni hissəsini dəfələrlə çəkməyi planlaşdırıblar. Təxminən saat 20:50-də alimlər bir-birinə yaxın yerləşən üç çox parlaq ulduzun şəkillərini çəkiblər. 55 dəqiqə sonra alimlər kosmosun eyni hissəsinin şəkillərini çəksələr də, bu dəfə artıq ulduzlar orada olmayıb. Yəni, bir saatdan az müddətdə astronomlar bir anda üç parlaq obyekti gözdən itiriblər. İndiyə qədər də alimlər bu ulduzları tapa bilməyiblər.
 

Ulduzlar birdən-birə yox ola bilməz. Ulduzların parlaqlıq dövrü ola bilər, bundan sonra onlar sönüb və ya partlaya bilirlər ki, bu da çox parlaq bir hadisə olardı.
 

Bununla belə, astronomların əldə etdiyi görüntülərin də göstərdiyi kimi, üç ulduz təxminən bir saat əvvəl kosmosda olub, sonradan yoxa çıxıb. Amma hadisələrin bu cür inkişafına nəyin səbəb ola biləcəyi hələ də sirr olaraq qalır.
 

“Preprint server arXiv”də dərc edilmiş bir məqaləyə görə, 71 il əvvəl iyulun axşam saatlarında baş verən bu hadisənin üç əsas versiyası var.

 

İlk versiya
 

Bəlkə də əslində astronomlar yaxınlıqdakı üç ulduzdan ibarət bir qrup deyil, sadəcə tək bir ulduz görüblər. Maqnitardan (bu, güclü maqnit sahəsinə malik neytron ulduzunun xüsusi növüdür) çıxan sürətli radio partlayışının meydana çıxması nəticəsində ulduzlar çox qısa müddət ərzində parlaq olub. Maqnitardan güclü radiasiya görünəndə Yerlə bu ulduz arasında ulduz kütləli qara dəlik meydana gəlib. Beləliklə, parlaq flaşdan gələn işıq qravitasiya linzalanmasına məruz qalıb. Üç işıq mənbəyi, yəni 3 ulduz görünüb. Problem ondadır ki, belə bir hadisə çox nadir hallarda baş verə bilər.


İkinci versiya
 

İkinci fərziyyə görə, astronomlar ümumiyyətlə ulduzları yox, başqa bir şeyi müşahidə ediblər. Orijinal məlumatları, müşahidə vaxtı intervalını və işığın sürətini nəzərə alaraq, bu cisimlərin bir-birindən cəmi 6 AB məsafədə olduğu güman edilir (ulduzlar o qədər də yaxın ola bilməz, çünki bu, demək olar ki, Yupiterdən Günəşə qədər olan məsafədir). Bu halda, parlaq obyektlər Yerdən 2 işıq ilindən çox olmayan məsafədə yerləşməlidir. Beləliklə, bu obyektlər Günəş Sistemini əhatə edən Oort Buludunun bir hissəsi ola bilər. Nə isə naməlum mənbədən gələn işığı əks etdirərək onların daha parlaq olmasına səbəb olub. Amma ulduzları aşkar etmək mümkün olmayıb, çünki onlar öz orbitlərində kosmosda hərəkət ediblər.

Üçüncü versiya
 

Üç ulduzun yoxa çıxmasının bu izahı onların heç də fiziki cisim olmadığına əsaslanır. Palomar Rəsədxanası nüvə silahı sınaqlarının keçirildiyi Nyu Meksiko səhralarının yaxınlığında yerləşir. Radioaktiv toz bəzi şəkillərdə parlaq ləkələr yarada bilər. Belə hallar alimlərə məlumdur.
 

Lakin versiyaların heç biri dəqiq təsdiqini tapmayıb, ona görə də üç ulduzun yoxa çıxmasının sirri hələ də açılmamış olaraq qalır. Məqalədə deyilir ki, müasir kosmik müşahidələrdə buna bənzər bir hadisə aşkarlanarsa, o zaman 70 il əvvəl baş vermiş hadisə ilə paralellər aparmaq mümkün olacaq və bəlkə də bu suallara cavab tapılacaq.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR