Putin Türkiyəyə səfər edəcək

Dünya
11:51 / 27.07.2023
4831
Putin Türkiyəyə səfər edəcək.
Sfera.az bildirir ki, bu barədə Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
“Həm Türkiyə, həm də Rusiya tərəfi olaraq iki ölkə liderlərinin Türkiyədə görüşməsinə çalışırıq. Hələlik səfərin dəqiq tarixi müəyyən edilməyib. Liderlərin sammitində heç şübhəsiz ki, “Taxıl Dəhlizi” sazişinin taleyi diqqət mərkəzində olacaq”, deyə o söyləyib.
Uşakov həmçinin, Putinin oktyabrda Çinə səfərinin gözlənildiyini deyib.
Xatırladaq ki, ötən həftələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı açıqlama vermişdi.
O, “Rusiya lideri Vladimir Putinlə avqust ayında Türkiyədə görüşməyi planlaşdırırıq”, deyə söyləmişdi.
Günay Rəsulqızı