Moskvaya PUA-larla HÜCUM: Müdafiə Nazirliyinin binası... – FOTOLAR

Gecə Moskvaya pilotsuz təyyarələrlə (PUA) kütləvi hücumu olub.
Sfera.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
O bildirib ki, PUA-lar Rusiya Müdafiə Nazirliyinin yaxınlığındakı binaya və biznes mərkəzinə hücum ediblər:
"Leroy Merlinin yerləşdiyi binada yuxarı mərtəbələrin şüşələri sındırılıb".
Telegram kanalları isə pilotsuz təyyarələrin Rusiya Müdafiə Nazirliyinin binasının yerləşdiyi Komsomolski prospektinə də çatdığını bildirib.
Rusiya Müdafiə Nazirliyi hadisəyə münasibət bildirib.
"İyulun 24-də səhər saatlarında Kiyev rejiminin iki pilotsuz uçuş aparatının Moskvadakı obyektlərə qarşı terror cəhdinin qarşısı alınıb. İki Ukrayna PUA-sı elektron döyüş vasitəsi ilə sıxışdırılıb və qəzaya uğrayıb" - məlumatda deyilir.
Ukrayna tərəfi hələlik insidentlə bağlı reaksiya verməyib.
Xatırladaq ki, iyulun 4-də səhər saatlarında Rusiya mətbuatı Moskvada və regionda partlayışlar, həmçinin hava hücumundan müdafiə sisteminin işə düşməsi barədə məlumat yayıb. Daha sonra Yeni Moskvanın Valuevo kəndi yaxınlığında hava hücumundan müdafiə qüvvələrinin iki pilotsuz təyyarəni vurduğu iddia edilib.
Sonradan məlum olub ki, PUA-lardan biri Moskva vilayətindəki hərbi hissəyə hücum edib - zərbə inzibati binaya endirilib. Partlayış səsləri Maruşkino qəsəbəsi ərazisində, Vnukovo hava limanı istiqamətində də eşidilib.
Aynil Camal