Yunan heykəllərinə kiçik penislər estetik məqsədlər üçün qoyulub - İncəsənət tarixi haqqında maraqlı faktlar + FOTOLAR

Yunan heykəllərinə kiçik penislər estetik məqsədlər üçün qoyulub - İncəsənət tarixi haqqında maraqlı faktlar + FOTOLAR

Sənət tarixinə nəzər saldıqda dünyanın harası olursa olsun, möhtəşəm əsərlərə rast gələ bilərik.

 

Yaxşı, bu işlərin arxasında nə dayanır, heç fikirləşmisinizmi?

 

Sfera.az sizə incənət tarixi haqqında maraqlı faktları təqdim edir.

 

1. İncəsənət əslində Olimpiadanın bir hissəsi idi.

 

 

1912-1948-ci illər arasında hər il təşkil edilən Olimpiadalarda həm idman, həm də sənət sahələri yarışıb. Memarlıq, ədəbiyyat, heykəltəraşlıq, musiqi və rəssamlıq sahələrində meydana çıxan əsərlər medallarla təltif edilib.

 

2. Orta əsrlərdə divar rəsmlərində yumurta və su qarışığından istifadə edilib.

 

 

Orta əsrlərdə tempera divar rəsmləri yaratmaq üçün ən çox istifadə edilən texnika idi. Tempera quru toz boya piqmentlərinin yumurta və ya su ilə qarışdırılaraq əridilməsi və dini əsərlərdə istifadə olunan canlı boyanın əldə edilməsi ilə yaradılır.

 

3. Yunan heykəllərinin penis ölçüsü bilərəkdən kiçik edilib.

 

 

Qədim yunanlar penisin dəyərinin onun ölçüsü ilə tərs mütənasib olduğuna inanırdılar. Onlar daha kiçik penis ilə məhsuldarlığı və estetik gözəlliyi əks etdirməyi hədəfləmişdiləe, çünki daha böyük penis qrotesk və qeyri-mütənasib sayılırdı.

 

4. Yunanlar heykəltəraşlıq üçün misirlilərdən ilham alıblar.

 

 

Bütün sənət növləri arasında yunanlar heykəltəraşlıqda ən yaxşısı idi. İnsan bədəninin bütün təfərrüatlarının realist şəkildə edildiyi Hellenistik dövrdən əvvəl Yunan heykəltəraşları Misir heykəllərini köçürürdülər. Bu əsərlər onun sonrakı heykəllərinə də ilham verib.

 

5. “Dünya ləzzətləri bağı” incəsənət tarixinin ən iddialı layihəsi hesab olunur.

 

 

Cənnət bağını və yaradılış səhnəsini təmsil edən Yer ləzzətləri bağı da günah anlayışı və cəhənnəm təsviri olan cəmi 3 rəsmdən ibarətdir. Bu sənət əsərində 450-dən çox insan portreti, eləcə də mifik canlılar və heyvanlar var.

 

6. Mona Liza 1911-ci ildə oğurlanıb.

 

 

Dünya tarixinin ən məşhur tablosu olan “Mona Liza”nın məşhur olmasının əsas səbəbinin onun 1911-ci ildə oğurlanması olduğunu bilirdinizmi? Da Vinçinin tablosu 1911-ci ildə Luvrdan oğurlanıb və Florensiyada Uffizi Qalereyasına satılmaq üzrə olan son anda tapılıb.

 

7. Da Vinçi və Mikelancelo insan anatomiyasını tam başa düşmək üçün bir sıra təcrübələr aparıblar.

 

 

İntibah dövrünün ən mühüm rəssamlarından ikisi rəsmlərdə insan bədənini mükəmməl şəkildə təsvir etməklə öz dövrlərində inqilab yaratmışlar.

 

8. Mikelancelonun imzası yalnız bir sənət əsərində mövcuddur.

 

 

İsanın çarmıxa çəkildikdən sonra anası Məryəmin qucağında olan cəsədini təsvir edən məşhur Pieta heykəli Mikelancelonun özünün imzaladığı yeganə əsərdir.

 

9. Pikasso bir çox rəssamın ideyalarını oğurlayıb.

 

 

Fransaya köçəndə Pikasso ilə tanış olan rəssam Dieqo Rivera tezliklə başa düşüb ki, Pikassonun sözün əsl mənasında həmkarlarının əsərlərini kopyalayır. Məşhur rəssamlar Pikasso onların studiyasına gələndə öz rəsmlərini gizlədirdilər.

 

10. Louis Vauxcelles iki rəsm üslubunun adını çəkib.

 

 

Məşhur sənətşünas iki rəsm üslubunu Fovizm və Kubizm adlandırıb.

 

11. Salvador Dali rəssamlıqla yanaşı, kino ilə də maraqlanırdı.

 

 

1928-ci ildə Luis Buñuelin Un chien andalou (Andalusian Dog) layihəsinin bir hissəsi olan və 1945-ci ildə “Hitchcock”un filmində kameo çəkən Dali Disney ilə də əməkdaşlıq edib, lakin layihə heç vaxt tamamlanmayıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

DTX və DSX birgə əməliyyat keçirdi: Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...