Putinin kiçik “NATO”su PARÇALANIR: “Qərb fürsətdən istifadə etməlidir...”

Putinin kiçik “NATO”su PARÇALANIR: “Qərb fürsətdən istifadə etməlidir...”

“Rusiya Sovet İttifaqının dağılmasından sonra ilk dəfə nüvə arsenalının bir hissəsini başqa ölkədə, yəni Belarusda saxlayacaq. Görüntüdə bu, güc göstəricisi olsa da, əslində həqiqət başqadır”.

 

Sfera.az bildirir ki, bunu “The Telegraph” yazıb. Nəşr iddia edib ki, Vladimir Putinin kiçik “NATO”su, yəni KTMT dağılmaq üzrədir. “Avropanın başqa yerlərində mənzərə qaranlıqdır. Məsələn, Gürcüstan və Moldovada Kremlin fəaliyyətinə qarşı kütləvi etirazlar müşahidə olunur. Hətta Kremlin ənənəvi müttəfiqi olan Serbiyada da Rusiyaya sanksiya tətbiq oluna bilər. Bu arada, Sovet İttifaqının dağılmasından sonra 1992-ci ildə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz üzvləri arasında legitimliyi qorumaq üçün ciddi mübarizə aparır. KTMT regional sabitliyin gücləndirilməsi məqsədi ilə yaradılıb və altı üzv dövlətdən ibarətdir:

 

Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan. KTMT müqaviləsinin 4-cü maddəsi (NATO-nun 5-ci maddəsi ilə müqayisə oluna bilər) digər üzv dövlətləri təcavüzdən müdafiə etmək üçün guya sərt öhdəliyi ehtiva etsə də, Rusiya davamlı olaraq gözlənilən dəstəyi təmin etməyib. 30 ildən artıqdır ki, KTMT Ermənistan və Qırğızıstanın dəfələrlə müraciətlərinə baxmayaraq, üzv dövlətlərini qorumaq üçün münaqişə zonalarına qoşun yeritməkdən çəkinib”, deyə nəşq qeyd edib.

 

“The Telegraph” xatırladıb ki, KTMT-yə üzv ölkələr də Ukraynadakı müharibəsində Rusiyaya tərəddüdlü dəstək nümayiş etdiriblər: “Keçən il Qırğızıstan Rusiya ilə birgə hərbi təlimlərini ləğv edib və bütün KTMT ölkələri arasında yalnız Belarus Rusiyanın müharibəsini açıq şəkildə dəstəkləyib. Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın çoxdankı müttəfiqi olan ölkəsinin hazırda KTMT-dən çıxmağı düşündüyünü bəyan edib. Paşinyanın açıqlaması Rusiyanın Ermənistana qarşı KTMT öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Ötən il İrəvan mübahisəli Dağlıq Qarabağ ərazisi ilə bağlı KTMT-dən kömək istəyib. Paşinyan vurğulayıb ki, KTMT çərçivəsində regional təhlükəsizlik sistemi səmərəsiz olduğundan Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasına kömək etmək üçün Aİ kimi Qərb institutlarına müraciət etməli olublar.

 

Kremlin sözçüsü Dmitri Peskov isə Paşinyanın bəyanatlarına cavab olaraq, “Biz erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik”, deyə söyləyib. Bununla belə, Paşinyanın bunu qəbul edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır. Rusiyanın Azərbaycanla münaqişəsi zamanı Ermənistana dəstək verməməsindən sonra paytaxta toplaşan yüzlərlə etirazçı hökuməti KTMT-dən çıxmağa çağırıb”.

 

Nəşr qeyd edib ki, Rusiyanın Ermənistana yardım etməməsi təəccüblü deyil:

 

“Putin KTMT-ni postsovet regionuna nəzarəti təmin etmək və Kremlin maraqlarını təşviq etmək üçün birtərəfli vasitə kimi qəbul edir. Nəticədə, vaxtilə Putinin təsir dairəsində olan ölkələr başqa yerlərdə əməkdaşlıq etməyə başlayıblar. NATO, xüsusən də Rusiyanın rəhbərliyi altında KTMT-nin sadəcə simvolik bir qurum olduğunu nümayiş etdirmək üçün mövcud fürsətdən istifadə etməlidir. Artan anti-KTMT əhval-ruhiyyəsi NATO-ya Rusiyanın sədaqətsizliyini ifşa etmək imkanı verir. NATO-ya üzv dövlətlər Belarus, Qazaxıstan, Moldova və Balkanlar kimi ölkələrdə Rusiyanın etibarlı nümayəndələri ilə əlaqə saxlamaq və həqiqəti çatdırmaq üçün informasiya əməliyyatlarından istifadə etməlidirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...