Çin dünya səviyyəli ordu yaratmaq istəyir - Addım-addım məqsədə doğru

Çin dünya səviyyəli ordu yaratmaq istəyir - Addım-addım məqsədə doğru

Çin, hakim Kommunist Partiyasının hakimiyyətə gəlməsinin 100-cü ildönümünə kimi, yəni 2049-cu ilə qədər ordusunu dünya səviyyəli bir orduya çevirmək ambisiyasını açıq şəkildə ifadə edib. 


Sfera.az xəbər verir ki, rəsmi Pekin bu məqsədinə doğru addım-addım irəliləməkdədir. 


Qərb analitikləri də Çinin fəaliyyətinin bu məqsədinə uyğun qurulduğunu bildirir. 


Çin ilk növbədə hərbi büdcəsini artırır. Bu il ölkənin hərbi xərcləri 270 milyard dollar olacaq. Amma Qərb mütəxəsisləri Çinin hərbi məqsədlər üçün daha böyük vəsait xərclədiyini güman edir. Onlar Çinin bəzi xərcləri başqa ad altında gizlətdiyini bildirir. 


Müqayisə üçün deyək ki, Çin hərbi xərclərinə görə yalnız ABŞ-yə uduzur. ABŞ 2023-cü ildə müdafiə məqsədilə 768 milyard dollar xərcləyəcək. 


Çindən sonra isə müdafiəyə ən çox pulu Hindistan (74 milyard dollar), Rusiya (63 milyard dollar), Böyük Britaniya (62 milyard dollar), Yaponiya (56 milyard dollar), Fransa (54 milyard dollar), Səudiyyə Ərəbistanı (54 milyard dollar), Almaniya (52 milyard dollar), Cənubi Koreya (48 milyard dollar) ayırıb. 


Rəqəmlərdən görünür ki, Çin müdafiə məqsədilə ABŞ-dən 2,84 dəfə az vəsait xərcləsə də, Rusiyadan 4,3 dəfə çox, Böyük Britaniya, Yaponiya, Fransa, Səudiyyə Ərəbistanı və Almaniyanın cəmi qədərində vəsait xərcləyir.  


Hazırda 2 milyondan çox əsgəri olan Çinin xüsusi diqqət ayırdığı sahələrdən biri hərbi dəniz donanmasıdır. Yalnız 2014-2018-ci illəri əhatə edən 5 il ərzində Çin ümumi tonajı bütün Fransa və ya Almaniya donanmasından daha çox olan gəmiləri suya salıb. 


Çin artıq 2 təyyarədaşıyan gəmiyə sahibdir. Hərbi aviasiyaya da xüsusi önəm verir. Çin ordusu ABŞ-nin F-22 və F-35-lərinə rəqib ola biləcək J-20 və J-31 gizli döyüş təyyarələrini işə salıb, hipersəs raketlərini sınaqdan keçirib. 


Ölkənin nüvə arsenalı da sürətlə artır. Çin həmçinin adi və nüvə raket imkanlarını genişləndirir. ABŞ-nin müdafiə departamenti Çinin 2030-cu ilə qədər öz arsenalını 400-dən 1000 nüvə başlığına qədər genişləndirəcəyini təxmin edir. ABŞ-nin ehtiyatında 3700 nüvə başlığı var. 


Tezliklə işə salınacaq yeni sürətli nüvə reaktoru daha çox narahatlıq doğurur. Çin yeni stansiyanın elektrik enerjisi istehsalı üçün nəzərdə tutulduğunu bildirsə də amerikalı ekspertlər bu cür reaktorlarda atom bombaları üçün silah dərəcəli plutonium da istehsal etmək qabiliyyətinə malik olduğunu bəyan ediblər. 


Çinin əsas strategiyalarından biri də mülki-hərbi əməkdaşlıq strategiyasıdır. Pekin hakimiyyəti ölkənin hərbi və mülki resurslarını birləşdirərək ölkəni iqtisadi, texnoloji və hərbi nəhəngə çevirmək istəyir. Bununla Çin hərbi işləri dəstəkləmək üçün süni intellekt və maşın öyrənməsindən faydalanmağa çalışan “ağıllı müharibə” ilə məşğul olan ilk ölkə olmağı hədəfləyir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...