Dünyanın ən çox silah idxal edən ölkələri - SİYAHI

Dünyanın ən çox silah idxal edən ölkələri - SİYAHI

2018-2022-ci illərdə beynəlxalq silah ticarətinin həcmi əvvəlki beşillik dövrlə müqayisədə 5,1% azalsa da, bəzi ölkələr silah idxalını artırıb. Silah idxalını artıran ölkələr arasında Ukrayna da var. 


Sfera.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatına əsasən xəbər verir ki, 2018-2022-ci illəri əhatə edən 5 il ərzində ən böyük silah ixracatçısı ABŞ, Rusiya, Fransa, Çin və Almaniya olub. Onlar 2018-ci ildən 2022-ci ilə qədər dünya silah ixracının 76%-ni təmin edib. 


Beşillik müddətdə Rusiyadan silah ixracı əvvəlki beş illə müqayisədə 31% azalıb. Bu dövrdə Rusiyadan ən çox silahı Hindistan (31%), Çin (23 faiz), Misir (9,3 faiz) alıb. 


SİPRİ Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiyanın silah ixracının daha da azalacağını proqnozlaşdırır. Çünki Moskva istehsal etdiyi məhsulların çox hissəsini öz silahlı qüvvələri üçün istifadə edəcək. Həmçinin, Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı ticarət məhdudiyyətləri də daxil olmaqla, çoxtərəfli sanksiyalar da Rusiyanın silah ixracına mane olacaq. 


2018-2022-ci illərdə Fransadan silahların ixracı 44% artıb. Bu artımın demək olar ki, üçdə biri Hindistana olub. Fransa həmçinin qlobal silah ixracatındakı payını əvvəlki beş ildəki 7,1%-dən 11%-ə yüksəldib. 


2018-2022-ci illərdə Çindən silah ixracı 23%, Almaniyadan isə 35% azalıb. 


Hindistan 2018-2022-ci illərdə dünyanın ən böyük silah idxalçısı olaraq qalıb. SİPRİ Hindistanın Pakistan və Çinlə gərginlik səbəbindən silah idxalını yüksək səviyyədə saxlayır. Son 5 ildə dünyada silah idxalına xərclənən hər 100 dollardan 11 dollarını Hindistan xərcləyib. 


Hindistandan sonra qlobal silah idxalında Səudiyyə Ərəbistanı (9,6%), Qətər (6,4%), Avstraliya (4,7%) və Çin (4,6%) ən böyük paya sahib olub. 


Diqqəti çəkən məqam Avropa ölkələrinin silah idxalını 47% artırmasıdır. Bu dövrdə Avropanın ən böyük silah idxalçısı Böyük Britaniya olub və o, beş il ərzində dünyanın 13-cü ən böyük silah idxalçısı ünvanını saxlayıb. 


2022-ci ilin fevralında Rusiya ilə müharibənin başlamasından sonra əsasən ABŞ və bir çox Avropa dövlətlərinin hərbi yardımı nəticəsində Ukrayna 2022-ci ildə Qətər və Hindistandan sonra dünyanın üçüncü ən böyük silah idxalçısına çevrilib. 2018-2022-ci illər ərzində dünya silah idxalının 2 %-i Ukraynanın payına düşüb. 


SIPRI-nin məlumatına görə, 2022-ci ildə Ukraynaya tədarük edilən silahların çoxu “ikinci əl” olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüks...

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...