İranda güclü zəlzələ baş verdi

20:57 / 24.12.2022
17806
İranda güclü zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.
Məlumata görə, episentri Cənubi Xorasan əyalətinin Bosruye şəhəri yaxınlığında olan zəlzələ yerli vaxtla saat 16.54-də qeydə alınıb.
Zəlzələ 8 kilometr dərinlikdə baş verib. Zəlzələnin gücü 5.1 bal olub.
İtkilərin və dağıntıların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.