Tarixin ən qaranlıq araşdırmalarından biri - Kellogg eksperimenti + FOTOLAR

Tarixin ən qaranlıq araşdırmalarından biri - Kellogg eksperimenti + FOTOLAR

Zaman-zaman sizə tarixdə elm adına aparılan dəhşətli təcrübələr haqqında yazılar təqdim edirik. Bu təcrübələr bəzən insanlar, bəzən də heyvanlar üzərində aparılıb.

 

Sfera.az bu yazıda da sizə tarixin ən qəribə və qan donduran təcrübələrindən biri olan müəmmalı Kellogg eksperimentinin təfərrüatlarını təqdim edir.

 

Bu təcrübə həm insan, həm də heyvanlar üzərində aparılıb. Ağıllı heyvan növlərinin davranışını tədqiq edən Amerikalı psixoloq Uintrop Naylz Kelloq psixologiya və etologiyanın (heyvan davranışı) əsaslarını anlamağa çalışırdı. Əvvəlcə itlərin davranışı ilə bağlı araşdırmalar aparan Kelloq, daha sonra siçanlar, siçovullar və ilanları araşdırdı.

 

Sonra işi daha da irəli aparmaq və “primatlar” üzərində işləmək istədi...

 

Kelloqun həyata keçirmək istədiyi təcrübə son dərəcə ziddiyyətli idi: O, davranış mübadiləsini öyrənmək üçün insan körpəsi ilə şimpanze kimi meymunu böyütmək istəyirdi. O, “Quyruqsuz meymunu insanlaşdırmaq” adlı məqaləsində bu təcrübəni bütün elmi ictimaiyyətlə birlikdə həyata keçirəcəyini paylaşıb. Test mövzusu kimi istifadə etmək üçün Gua adlı bir şimpanze qəbul edib. Ancaq təcrübə üçün insan körpəsi tapmaq çox çətin idi, çünki ediləcək təcrübə normallıq sərhədlərini zorlayırdı. Buna görə də o, öz oğlu Donalddan bir insan balası kimi istifadə etmək qərarına gəlib.

 

Kelloq öz təcrübəsində şimpanzeni normal insan mühitində insanlar kimi yaşamağa məcbur etməyə çalışıb. Əslində, oxşar təcrübələr əvvəllər də edilmişdi, lakin Kelloq və həyat yoldaşı Luella bu təcrübələrin kifayət qədər intizamlı və sabit olmadığını hiss ediblər. Kelloqa kömək edərək bu təcrübədə iştirak edən başqa bir şəxs məşhur psixoloq, etoloq və primatoloq Robert Yerkes idi. Yerkes hətta bu təcrübə üçün ailəsi ilə birlikdə başqa ölkədən Nyu Yorka köçüb. Bu təcrübədə insan körpəsi Donald və şimpanze Guanın bacı-qardaş kimi böyüdülməsi nəzərdə tutulurdu.

 

Gua ilə Donaldla rəftar edildiyi kimi rəftar edilib; onlar birlikdə oturdulur, yedizdirdilir, yuyuldulur, məşq edilir və geyindirilirdi. Bir tərəfdən də Kellogg bu iki nəslin inkişafını testlərlə təhlil edirdi. Gua Donalddan daha sürətli böyüdü, çünki inkişaf insanlarda daha uzun bir diapazonu əhatə edir. Bu, Guaya Donalddan əvvəl bəzi davranışları öyrənməyə imkan verib.

 

Vaxt keçdikcə Gua artıq insanlara ehtiyac duymur, lakin balaca Donald hələ də valideynlərinə ehtiyac duyur. Gua gündəlik həyatında bir insandan gözlənildiyi kimi davransa da, bu Kellogg üçün kifayət deyildi. Kelloq Guanın insan dilini çıxara bilməməsindən şikayətləndi. Məlumdur ki, şimpanzelərin həm səs qutusu, həm də beyinlərindəki nitqlə əlaqəli bölgələr təkamül yolu ilə insan dilini meydana gətirməmişdir, lakin bu zaman bəşəriyyət bu biliyə sahib deyildi. Lakin 9-cu ayda gözlənilməz hadisə baş verdi: Gua insan dilini öyrənmirdi, lakin Donald şimpanze dilini təqlid etməyə başlayırdı.

Məsələn, Donald yemək görəndə, şimpanze Gua kimi yemək üçün ağlamağa başlayırdı. Bunu görən Kelloq çox narahat oldu. Guada insan dilini təqlid etməkdə heç bir irəliləyiş görmədiyini görən o, eksperimenti planlaşdırılandan tez bitirdi.

 

Daha sonra o, təcrübəni belə izah etdi: “Guaya insan uşağı kimi davranıldığı üçün o, özünü insan övladı kimi aparmağa başladı. Yeganə problem onun bədəninin strukturu və bir yerdən sonra beyni idi. İndi bunu sübut etdikdən sonra təcrübəni dayandıra bilərik”.

Uzun müddət bu eksperimentin təsirindən çıxa bilməyən Donald 43 yaşında özünü öldürüb. Gua isə bir il sonra, bir qardaş kimi böyüdüyü Donalddan ayrıldıqdan sonra ölür. Nəyi sübut etmək üçün aparıldığı məlum olmayan qeyri-müəyyən bir təcrübə olan Kellogg təcrübəsi psixoloji qəribəliyin sərhədlərini aşmaq cəhdi kimi tarixə düşüb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...