Beriyanın güllələnmədən öncə dediyi tək kəlmə nə olub? - FOTO

Beriyanın güllələnmədən öncə dediyi tək kəlmə nə olub? - FOTO

Partiya liderlərindən heç birinin ciddiyə almadığı Nikita Xruşşov tez bir zamanda Beriyadan qorxan Siyasi Bürodakı həmkarları ilə gizli ittifaq bağlamağı bacarıb. Xruşşov keçmiş xalq komissarını o qədər tez sıradan çıxarıb ki, Beriya gözünü qırpmağa belə macal tapmayıb. Beriya ilk vaxtlar açıq təhlükəni heç vaxt ciddiyə almayıb. O, əmin idi ki, Daxili İşlər Nazirliyinə nəzarət ona öz təhlükəsizliyi üçün narahat olmamağa əsas verir. Xruşşov isə Georgi Jukov başda olmaqla bütün hərbçiləri öz tərəfinə çəkə bilmişdi.

 

Rəsmi mənbələrə görə, 1953-cü il iyunun 26-da Kremldəki iclasda Xruşşov gözlənilmədən Beriyanı dövlət əleyhinə fəaliyyətdə ittiham edib. Beriya bu cür ittihama qəti etirazını bildirib. Hərbçilərin bəziləri hərəkət etməyə tərəddüd edib. Lakin mühüm məqamda marşal Jukovun başçılıq etdiyi generallar iclas otağına soxularaq Beriyanı silahla hədələyərək həbs ediblər. "Jukov Beriyaya "Əllər yuxarı!" əmrini verdikdə Moskalenko və başqaları Beriyanın hansısa təxribata gedə biləcəyindən ehtiyat edərək silahlarını çıxarıb.

 

Sonralar Xruşşov öz xatirələrində : “Beriya arxasında, pəncərənin üstündə uzanmış portfelinə tərəf qaçdı. Beriyanın əlindən tutdum ki, portfeldə olan silahdan istifadə etməsin. Sonra yoxladılar: orada nə portfeldə, nə də ciblərdə silah yox idi. O, sadəcə bir növ refleks hərəkət etdi” - yazırdı.

 

Beriya Kremldən birbaşa Moskva Hərbi Dairəsinin qarnizon qarovuluna aparılır və bir gün sonra Moskva Hərbi Dairəsinin qərargahındakı bomba sığınacağı bunkerində xüsusi təchiz olunmuş kameraya köçürülür. Eyni zamanda Daxili İşlər Nazirliyinin də “başı əzilir". Beriyaya hər şeyini borclu olan sadiq insanları həbs edirlər.

 

Uzun sürən məhkəmə prosesindən sonra, 23 dekabr 1953-cü ildə Beriya eyni yeraltı bunkerdə güllələnib.

 

Mətbuat qanlı cəllad Beriyanın obrazını şeytanlaşdırmağa başlayıb. Əlbəttə ki, Beriyanı bütün günahlara görə cəzalandırmaq olsa, ona veriləcək işgəncənin yer üzündə analoqu olmamalı idi. Deyilənə görə (hətta Jukovun da xatirələrində) həyatının son dəqiqələrində Lavrenti Pavloviç Beriya isterikaya düşüb, ağlayıb və mərhəmət üçün yalvarıb, dizləri üstə sürünüb.

 

“Edam zamanı Beriya özünü sonuncu qorxaq kimi çox pis apardı. İsterik bir şəkildə ağladı, diz çökdü və nəhayət qana boyandı. Bir sözlə o, çirkin yaşamışdı və daha da çirkin öldü"- deyə Georgi Jukov bildirirdi.

 

Rəsmi mənbələrdə Beriyanın oğlu Serqo Lavrentyeviç, eləcə də Stalinin qızı Svetlana Alliluyeva məhkəmənin olmadığını iddia edib. Bəzi mənbələr Lavrenti Beriya həbs olunduqdan dərhal sonra Kremldə deyil, öz evində güllələndiyini yazıb. Ölümündən əvvəl son sözləri isə: "Heyvan sürüsü” -olub.

 

Məhkəmədə isə Beriyanın bir dənə də fotosu yoxdur. Onun sorğu-suallarının protokolları və güzəşt edilməsini xahiş etdiyi məktublar yalnız nüsxələrdə mövcuddur. İştirakçılar tərəfindən isə həbsin təsviri bir-birindən tamamilə fərqlənir. İş materiallarında Beriyanın barmaq izləri yoxdur. Bir sıra istintaq sənədləri səhv tərtib edilib və anonimdir. İş materiallarında Beriya ilə onun əlaltıları və ya şahidlər arasında Cinayət Prosessual Məcəlləsinin bu prosedurun zəruriliyini göstərən normalarına zidd olan bir dənə də olsun qarşıdurma protokolu yoxdur. Bu “Zalım cəllad”ın məhkəməsi əlini qanına bulaşdırdığı məsum insanların qurma məhkəməsi qədər tələsik olmuşdu.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lotereyadan rekord uduşlar –Kimlər nə qədər qazandı?

Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biri...

İngiltərə klubu milli üzvünü transfer etdi

“İpsviç” klubu Premyer Liqanın digər təmsilçisi “Aston Villa”dan İngiltərənin U-21 millisinin üzvü Ceyden Filocini transfer edib. &nb...

"Xaos, böhranlar, təbii fəlakətlər, yadplanetlilərlə..." - Yusuf Güneydən 2025-ci il PROQNOZLARI

Son zamanlar türkiyəli müğənni Yusuf Güney astral səyahət və gələcək proqnozları ilə diqqət çəkir. O, 2025-ci il üçün də bir sıra proqnozlar səsləndirib. ...

Son 3 gündə ikinci hərrac keçirildi - Dollara tələb nə qədər olub?

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) kommersiya banklarının iştirakı ilə növbəti valyuta hərracı keçirilib.   Sfera.az xəbər verir ki, bu hərrac...

Çimnaz Sultanovanın ölüm səbəbi AÇIQLANDI - RƏSMİ

Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub.   Sfera.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə ...

Süni intellekt bu şəxsləri İŞSİZ QOYACAQ

Süni intellekt (Sİ) texnologiyaları sürətlə inkişaf edərək bir çox sahədə tətbiq olunur və işçi qüvvəsinə olan tələbatı dəyişdirir. Bu texnologiyalar məhsuldarl...