Tarixin ən böyük fırıldaqçılığı - "İtkin Halqası" + FOTOLAR
1912-ci ildə həvəskar arxeoloq, kolleksiyaçı və hüquqşünas Çarlz Dauson erkən insan kəlləsini tapdığını iddia edir. Xüsusilə təkamülçü bioloqlar və paleontoloqlar tərəfindən tədqiq edilən bu kəllə indiki insan kəllə quruluşundan olduqca fərqli idi.
Kəllənin alt çənəsi böyük beyin boşluğuna və insana bənzər xüsusiyyətlərinə görə meymunların çənələrinə bənzəyirdi. Bu fərqlər İngilis elm adamlarını çaşdırdı və bu fosilin itkin halqa olduğu düşünüldü. Çünki o dövrə qədər bu fosilin insan təkamülündə hansı mərhələdə olduğunun tədqiq etmək mümkün olmamışdı.
Çarlz Dousonun bu kəşfi alimləri həyəcanlandırmışdı və bu həyəcan cəmi 40 il davam etdi. Çünki sözügedən fosil kəllə əslində saxta idi. Kəllə üzərində aparılan araşdırmalar nəticəsində bu fosilin yalan olduğu 1953-cü ildə ortaya çıxır. Kəllə müasir insana, alt çənə hissəsi isə 500 illik oranqutan fosilinə aid idi. Çarlz Dauson kəlləni daha yaşlı göstərmək üçün onu dəmir və xrom turşusu məhluluna batırmışdı. Hər iki sümük əvvəlcədən hazırlanmış qatqı ilə bir-birinə yapışdırılıb və sümüklərə çınqıllar yapışdırılaraq ağırlaşdırılmışdı. Kəllənin son variantı rənglənib və qaraldılmışdı.
Tədqiqatçılar beləcə Çarlz Dousonun İngiltərənin Sasseks şəhərindəki karxanadan tapdığını iddia etdiyi kəllə sümüyünün saxta olduğunu ortaya çıxarıb və Dousona qarşı dələduzluq ittihamı irəli sürülüb. Bu yalandan 4 il sonra vəfat edən Dousonun dövrün şərtlərinə görə belə bir saxtakarlıq etdiyi düşünülür. Birinci Dünya Müharibəsinin gərginliyini və Almaniyada yeni insan növünün kəşfini nəzərə alaraq, Dauson Britaniyanın elmi bir irəliləyiş əldə etməli olduğunu düşünmüş ola bilərdi.
Lakin nəticə nə olursa olsun, Dousonun yalanı 40 il alimlərin vaxtını almışdı.
Aynil
Sfera.az