Hollandiyada qaz idxalına görə ciddi narahatlıq

“İdxal olunan qazın qiymətlərinin qaldırılması nəticəsində məhsullar artıq Avropaya idxal edilməyəcək, tədarükün istiqaməti Asiyaya yönələcək”.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu fikri Niderlandın baş naziri Mark Rutte qazın qiymətinə limitin tətbiqini dəstəkləmədiyini şərh edərkən qeyd edib.
Rusiyadan idxal olunan enerji resurslarının qiymət artımının nəticələri nələrdir?
“Biz məsələyə praqmatik yanaşmalıyıq. Mən qazın qiyməti qalxarsa bizə yox, Asiyaya idxala yönəldiləcəyindən narahatam. Böyük problemlər yaranacaq. Buna məntiqli yanaşmaq lazımdır”.
Baş nazir Almaniya və Hollandiyanın iqlim məsələlərinə dair görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Daha sonra Avropa İttifaqının (Aİ) Energetika Nazirləri Şurasının iclasında elektrik enerjisinin qiymətinin aşağı salınması tədbirləri haqqında razılığa gəlindiyi, yüksək qiymət həddinin onlara aid edilmədiyi məlum olub.
Xatırladaq ki, sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyadan enerji resurslarının idxalına minimum qiymət tətbiq etsə, Qərb bu ölkədən tədarükün tam dayandırılması ilə üzləşəcək. O həmçinin qeyd etmişdi ki, Aİ öz şərtlərini diktə etmək iqtidarında deyil.
G7 ölkələrinin maliyyə nazirləri sentyabrın 2-də Rusiyadan neft və qazın qiymət artımı ilə bağlı razılığa gəlib. Neft və qazın dəyəri bir sıra texniki parametrlərlə müəyyən ediləcək.
Qeyd edək ki, avqustun 10-na olan məlumata görə, Hollandiya rəsmi olaraq Avropada qazın qiymətinin ən yüksək olduğu ölkə kimi qeydə alınıb. Energievergelijk.nl saytının apardığı statistikaya əsasən, Hollandiyada sakinlər iyul ayında qazın hər kubmetri üçün orta hesabla 2,76 avro ödəyiblər.
Hələ iyunun 28-də Hollandiyanın İqlim və Energetika naziri Rob Jetten bildirmişdi ki, Aİ ölkələrindən birində qaz böhranı baş verərsə,bu bütün Avropa üçün ciddi nəticələrə gətirib çıxara bilər.
Aynil