Sevimli balaca qəhrəmanlar - FOTOLAR

Sevimli balaca qəhrəmanlar - FOTOLAR

Tarixin ən qəhrəman heyvanlarından danışan zaman, ilk olaraq Alyaska boyunca 674 mil məsafədə difteriya əleyhinə dərmanların daşınmasına kömək edən Sibir huskisi Balto, kosmosda ilk canlı kosmonavt it Laika və ya qoyun Dollinin adlarını çəkəcəklər.

Ancaq Polşa hərbi veteranlarından soruşsalar onlar heç şübhəsiz, ilk növvədə 500-600 funt ağırlığında qəhvəyi ayı Voytekin adını çəkəcəklər.

Bu ayı Polşa 2-ci Korpusuna 22-ci Nəqliyyat Şirkətinin Artilleriya Diviziyası tərəfindən qəbul edilmiş və hərbi qulluqçu kimi xidmət etmişdir. İkinci Dünya Müharibəsi zamanı əsgərlərə ağır sursat daşınmasına kömək edən Voytek sayəsində vaxta da qənaət edilirdi.

1942-ci ildə Sibirdən Misirin İskəndəriyyə şəhərinə aparılarkən bir qrup polşalı hərbi əsir tərəfindən İran dağlarında aşkar edilən bu ayı balası heyvanların girişinə icazə olmayan ingilis gəmisinə minmək lazım gələrkən əsgər olaraq işə götürülüb. Araq şüşəsində su, qatılaşdırılmış süd ilə ayıya qulluq edən əsgərlər Voytekə (Wojtek) körpə uşaq kimi davranırdılar. Öz ailələri müharibə nəticəsində məhv olan əsgərlər təsəllini də bu balacada tapırdı bəzən.

Ayıya qulluq edən əsgərlərdən biri Dmitri Szawlugo öz xatirələrində yazırdı: "O, yanan siqaretləri bizdən alır, üfürür və udurdu. Pivə şüşəsindən içməyi çox sevirdi və şüşə boş olanda pivənin qalan hissəsinin harada olduğunu görmək üçün deşikdən baxardı. Bizə həm kömək edirdi, həm də üzümüzü güldürüb, ağrı-acılarımızı unutdururdu”.

Voytek, müharibədən sağ çıxmışdı və 1963-cü ildə Edinburq zooparkında ölmüşdü.

Sədaqətinə və xidmətlərinə görə Edinburqda Voytekin xatirəsinə abidə də ucaldılıb.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın işğaldan olunmuş bölgələrində, ümumilikdə 191,927 kv m ərazinin mina və partlamamış hərbi sursatlarının təmizlənməsində iştirak edən Dina adlı it Qubadlı rayonunda öz təlimçisini qoruyarkən minaya düşərək həlak olmuşdu.


Aynil


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...