Avropanın “qış tədarükü”:  İşçilərə ədyallar paylanır, kilsələr bağlanır...

Avropanın “qış tədarükü”:  İşçilərə ədyallar paylanır, kilsələr bağlanır...

Rusiyanın Avropaya təbii qazını məhdudlaşdırması ilə dərinləşən “enerji böhranı” davam edir.

 

Sfera.az bildirir ki, artan qiymətlərin və enerji çatışmazlığının həllini qənaətdə tapan Avropa ölkələri bu qışdan çıxmaq üçün fövqəladə tədbirlər görməyə başlayıb. Dünyanın maliyyə paytaxtlarından biri olan Londonda qışda baş verə biləcək elektrik kəsintilərinə qarşı karantin dövrünə bənzər tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Bazar tənzimləmə şurası (UK Finance) sözügedən tədbirlər üçün banklarla görüşlər keçirib. “Bloomberg”in hesabatına görə, görülə biləcək tədbirlər arasında evdən işləmək də yer alıb.

 

Böyük Britaniya ilə yanaşı, Fransa da evlərdən, müəssisələrdən və yerli hökumətlərdən kəsilmələrin qarşısını almaq üçün ilk növbədə enerji istehlakını azaltmağı xahiş edəcək. Məlumata görə, Danimarkadakı banklar işçilərinə ədyal paylayacaq,  Almaniyadakı “Deutsche” Bankın isə ofislərində isti suyu kəsəcək. Çexiya isə bu yaxınlarda dövlət idarələrindəki lampaların yarısının çıxarıldığını, qalan köhnə lampaların isə daha az istehlak edən LED lampaları ilə əvəz edildiyini açıqlayıb. Hökumət təkcə dövlət idarələrində deyil, küçələrin işıqlandırılmasında da LED işıqlandırmaya üstünlük verildiyini, gecə saatlarında müəyyən vaxtdan sonra turistik yerlərin işıqlandırılmasının söndürüləcəyini bildirib.

 

“Sputnik İnternational”da yer alan xəbərə görə, İsveç enerji xərclərini azaltmaq üçün bəzi kilsələri bağlamağa başlayıb. İsveç Kilsəsinin mədəni irs şöbəsinin rəhbəri Markus Dahlberq “Dagens Nyheter” qəzetinə deyib ki, ölkənin bir çox yerlərində, xüsusilə enerji qiymətlərinin ən yüksək olduğu cənubda bu cür tədbirlərin həyata keçirilməsi müzakirə olunur.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...