“Twitter” İlon Maskı məhkəməyə verdi

“Twitter” İlon Maskı məhkəməyə verdi

“Twitter” iş adamı İlon Maskı məhkəməyə verib.

Sfera.az bildirir ki, buna səbəb Maksın daha əvvəl vəd etdiyi satınalma müqaviləsinə əməl etməməsi olub. Belə ki, problem, iş adamının 44 milyard dollar təklif etdiyi “Twitter”i almaqdan imtina etməsi ilə başlayıb. Sözügedən sosial şəbəkənin ona saxta və bot hesablarının sayı barədə məlumat verməkdən boyun qaçırdığını deyən Mask, razılaşmanı ləğv edəcəyini açıqlayıb.

 

Məhkəmə iddiasında İlon ”Twitter” və onun biznesinə mənfi imic yaratdığı ittihamı ilə günahlandırılıb. Platformanın meneceri Bret Taylor Maskın müqavilə öhdəliklərinə görə məsuliyyət daşımalı olduğunu bildirib.

 

Qeyd edək ki, İlon Maskın “Twitter” ilə alqı-satqı müqaviləsinin hər bir səhmi üçün 54,20 dollar ödəyəcəyi gözlənilirdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR