Nüvə təhlükəsi BÖYÜYÜR: Ölkələr silahlarının sayını artırmağa başlayır - Yaxın 10 ildə...

Nüvə təhlükəsi BÖYÜYÜR: Ölkələr silahlarının sayını artırmağa başlayır - Yaxın 10 ildə...

Rusiyanın 35 ildir azalan nüvə silahlarının sayı yaxın on ildə artacaq.

 

Sfera.az bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb. 


Qurum buna səbəb kimi Ukraynanın işğal faktını göstərib. SIPRI hesabatında nüvə silahı olan bütün ölkələrin nüvə ehtiyatlarının azalmasının dayandığını bildirilib. Nüvə silahlarının sayı 2021-ci ilə nisbətən 375 ədəd azalaraq 12.705-ə düşsə də, tərksilah dövrünün bitdiyini vurğulayan SIPRI hesabatında yeni dövrün başladığına diqqət çəkilib. Sözügedən hesabatın müəlliflərindən olan Matt Korda, “Tezliklə elə bir nöqtəyə çatacağıq ki, dünyada nüvə silahlarının sayı Soyuq Müharibə bitdikdən sonra ilk dəfə artmağa başlaya bilər. Bu səbəbdən bir çox nüvə silahına malik dövlətlər öz nüvə strategiyalarını yenidən nəzərdən keçirir. Qarşıdakı illərdə tərksilah məsələsində irəliləyiş əldə etmək çox çətin olacaq”, - deyə söyləyib.

 

Qeyd olunub ki, Soyuq müharibə dövründə rekord qıran bu rəqəm 1986-cı ildə 70 minə çatıb. Nüvə silahına malik iki güc, ABŞ və Rusiya zamanla bu rəqəmi azaldıblar. SIPRI-nin məlumatına görə, 2021-ci ilin əvvəlində BMT-nin nüvə silahlarının qadağan edilməsinə dair sazişin qüvvəyə minməsi və ABŞ və Rusiya arasında “Yeni START” sazişinin müddətinin 5 il uzadılması vəziyyətin daha da pisləşməsinə mane olmayıb. 


ABŞ və Rusiya dünyadakı nüvə silahlarının 90 faizinə sahibdir. Ən çox titul alan ölkə Rusiyadır. Bununla belə, digər nüvə silahı dövlətləri -  İngiltərə, Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya və Pakistan ya yeni sistemlər hazırlayırlar, ya da onları inkişaf etdirmək niyyətlərini açıqlayıblar. SIPRI-nin direktoru Vilfred Van bəyan edib ki, nüvə silahlarının ölkələrin hərbi strategiyalarında artan rolu çox təhlükəli tendensiyadır.

 

Hansı ölkələrdə neçə nüvə başlığı var?

 

Rusiya: 5 min 977 (1600 aktiv)

 

ABŞ: 5 min 428 (1750 aktiv)

 

Çin: 350

 

Fransa: 290

 

İngiltərə: 225

 

Pakistan: 165

 

Hindistan: 160

 

İsrail: 90 (təsdiqlənməyib)

 

Eyni zamanda Çinin 2027-ci ilə qədər 700 döyüş başlığına çata biləcəyi bildirilib. Şimali Koreyanın 50 nüvə silahı istehsal etmək üçün kifayət qədər materiala malik olduğu təxmin edilir. İranın nüvə proqramı da narahatlıq doğurur.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR