Rusiya öz "Coca-Cola"sını yaratdı - "Kоmi Kola" - VİDEO

Rusiya öz
Rusiyada "Coca-Cola"nın yerli versiyası yaradılıb.

Sfera.az xəbər verir ki, qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona "Komi Kola" adı verilib. Yerli içki "Coca-Cola” şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.

Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.

"Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır”, – deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.

Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra "Coca-Cola” şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.

Xatırladaq ki, Rusiya xarici brendin yerli versiyasını ilk dəfə yaratmır. Bundan əvvəl mart ayında qonşu ölkədə "Dyadya Vanya" adlı yeni ticarət nişanı qeydiyyata alıb. Yeni ticarət nişanının loqotipi McDonald's restoranlar şəbəkəsinin loqotipinə olduqca oxşardır. "Dyadya Vanya" yeməklərin hazırlanması və evə çatdırılması ilə əlaqəli olan yeni ticarət nişanıdır.

Dünyaca məşhur McDonald's restoranlar şəbəkəsi də Ukraynadakı böhrandan dolayı Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı. (BAKU.WS)  
 
//

OXŞAR XƏBƏRLƏR

Zelenski: "Rusiya onların varlığından xəbərdar olmalıdır"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin uzaqmənzilli silahlar əldə edəcəyi halda hərəkət etməyə və güc nümayiş etdirməyə hazır olduğunu bildirib.  ...

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...