NATO Əfqanıstanda vəziyyəti sabitləşdirə bilərmi? - Açıqlama

Dünya
13:56 / 20.08.2021
1282
ABŞ-ın dövlət katibi Entoni Blinken və NATO-nun baş
katibiYens Stoltenberq telefon
danışığında Əfqanıstanı müzakirə
edib. Tərəflər
NATO-nun Əfqanıstanla bağlı koordinasiyalı fəaliyyətin vacib olduğunu vurğulayıblar.
Maraqlıdır, ABŞ və NATO-nun gələcəkdə Əfqanıstandakı
proseslərə təsir etmək gücü varmı? Ümumiyyətlə, Əfqanıstanda NATO qüvvələrinin
nəzarətinin tam təmin edilməsi real görünür?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq
Miri bəzi ölkələrin ABŞ-la münasibətlərdə
ehtiyatlı davrandığını deyib:
"ABŞ-ın Əfqanıstan siyasəti böyük mənada uğursuzluğa düçar oldu
və beynəlxalq müstəvidə nüfuzuna
zərər dəydi. Artıq
ABŞ-la müttəfiqlik yönündə danışıqlar aparan və bu məsələdə maraqlı olan dövlətlər
ABŞ-la münasibətlərdə ehtiyatlı davranmağa üstünlük verir. Bu kontekstdə Ukraynanın
keçmiş xarici işlər nazirinin açıqlaması var ki, ABŞ-ın Əfqanıstanı tərk etməsindən
sonra ABŞ-la münasibətlərdə bir çox suallar yaranıb, yəni bu çox biabırçı bir vəziyyətdir".
Ekspert NATO qüvvələrinin də iyirmi il ərzində Əfqanıstanda
ciddi itkilər verdiyini vurğulayıb:
"ABŞ-ın bundan sonra istər özünün ipini çəkdiyi
NATO ilə, istərsə də təkbaşına və yaxud da ki, digər regional müttəfiq qüvvələrlə
Əfqanıstanda stabilləşdirici hansısa addımı ata biləcəyi ehtimalını danışmaq yersiz
olduğu qədər, həm də inandırıcı deyil. Çünki iyirmi ilə bunu edə bilməyən ABŞ
bundan sonra da guya NATO-nu prosesə cəlb etməklə sabitləşdirici vəziyyət yaratmaq
istəyir. Bu gülüncüdür və mümkün deyil. Çünki bu iyirmi il müddətində ABŞ ordusu
NATO ilə birgə Əfqanıstanda hərbi varlığını sürdürürdü. Minlərlə itki təkcə ABŞ
əsgərlərinin içərisində deyil, həm də NATO əsgərləri səviyyəsindədir. Buna görə
açığı, artıq və ABŞ hətta NATO ilə birgə Əfqanıstanda vəziyyətə nəzarət etmək
istəsə belə əfqan cəmiyyəti bunu qəbul etməyəcək".
"Ayrıca buna regional dövlətlər və regionda geosiyasi maraqları olan ölkələr də imkan verməyəcək. Fikir verirsinizsə, bu prosesə stabilləşdirici olaraq daha çox müdaxilə etmək istəyən ölkələr var. Bu ölkələr həlledici səsə malik ölkələr ola bilər. Onların içərisində qardaş Türkiyə, Pakistan da var. Eyni zamanda Rusiya, qlobal güc olan Çin də Əfqanıstandakı proseslərdə maraqlıdır. Onlar hərbi güc olaraq yox, yumuşaq güc olaraq vəziyyəti tənzimləməyə çalışırlar. Bu cür məsələlər varkən ABŞ-ın belə fikirlər səsləndirməsi boğazda yuxarıdır".
Əzizə Zeynal
Sfera.az