Çində iş adamı korrupsiyaya görə edam edildi

Çində iş adamı korrupsiyaya görə edam edildi
Çinin ən böyük dövlət maliyyə təsisatlarından olan "Harong Asset Management”in sabiq rəhbəri Lai Xiaomin bir sıra cinayətlərdə təqsirli bilinərək Tiancin Şəhər Məhkəməsinin qərarı ilə edam edilib.

Sfera.az xəbər verir ki, keçmiş iş adamına qarşı 1,8 milyard yuan (277 milyon ABŞ dolları) məbləğində vəsaiti talamaq və başqa korrupsiya əməlləri, habelə çoxevliliklə bağlı ittihamlar irəli sürülmüşdü.

Məhkumun hansı yolla edam edildiyi göstərilməsə də, edamdan əvvəl yaxınları ilə görüşünə icazə verildiyi bildirilir.

Barəsində hökm bu ay verilən Lai Xiaomin 2009-2018-ci illər ərzində 25 milyon yuandan artıq ictimai vəsaiti qəsb etməkdə, habelə bütövlükdə 1,7 milyard yuan məbləğində rüşvətxorluqda şübhəli bilinərək 2018-ci ilin aprel ayında istintaqa cəlb edilmiş və işindən, habelə partiya üzvlüyündən xaric edilmişdi.

"Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatına görə, ildə minlərlə müttəhimin edama məhkum edildiyi Çin bu baxımdan dünyada liderdir.

OXŞAR XƏBƏRLƏR

Heydər Əliyevin doğum günüdür - FOTO

Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın oğlu Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, 1997-ci...

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.   Sfera.az xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiy...

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...