Cəmİyyət

DTX tərəfindən saxlanılan nazir müavini və xidmət rəisi məhkəməyə gətirildi

DTX tərəfindən saxlanılan nazir müavini və xidmət rəisi məhkəməyə gətirildi
 Mədəniyyət Nazirinin sabiq müavini Rafiq Abbasov, nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

Sfera.az apa-ya istinadən xəbər verir ki, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə gətiriliblər.

Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031