No Image
No Image
No Image

DTX məlumat yaydı

DTX məlumat yaydı
 

Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılmışdır. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.

Bu barədə Sfera.az-a DTX-nin saytına istinadən xəbər verir.

"Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq.

Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir", məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR

“Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...” - Jurnalistin cəbhə qeydləri

Sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən döyüş xəbərləri barədə KİV nümayəndələrinin vasitəsi ilə məlumat alırıq. Bir aya yaxındır ki, qaynar n...

Azərbaycanda son sutkada 825 nəfər koronavirusa yoluxdu - Yeni antirekord

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Artıq "Madrid prinsipləri” "Qarabağ prinsipləri”lə əvəzlənməlidir. Bu sözləriSfera.az-a açıqlamasında Azərbaycan Ordusunun şanlı qələbələri fonunda münaq...

Paşinyanın axmaqlığı, Minsk Qrupunun susqunluğu və... - Ermənistanın dağılan tifaqı

Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını bəyan etdi. Bu açıq şəkildə Dağlıq Qarabağ mü...

General-leytenant uğurlu Zəngilan əməliyyatından danışdı

"Biz hamımız Zəngilan istiqamətində hücumların davam etdirilməsini gözləyirdik. Hərbi cəhətdən götürsək, əsas zərbə yenə ora endirildi. Bir çox yaşayış məntəqəl...

Düşmən ölən daha 62 hərbçinin adını açıqladı - SİYAHI

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. Sfera.az-ın "armeniasputnik” saytına istinadən verdiyi məlumata görə, ermənilər ölən daha 62 h...