DTX əməkdaşları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

DTX əməkdaşları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etmişlər.

Sfera.az xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

 

OXŞAR XƏBƏRLƏR