“…Dövlət xalqın iradəsinə hörmətlə yanaşdı” - MÜSAHİBƏ

“…Dövlət xalqın iradəsinə hörmətlə yanaşdı” - MÜSAHİBƏ
 Bəhruz Məhərrəmov: "Təxribata cəhd edən, prezidentə xəyanət edən istənilən məmur bu xalqı qarşısında görəcək”

 

Regionun geopolitik mənzərəsi Ermənistan və havadarlarının Azərbaycana qarşı işğalçılıq siyasətinin fonunda gərginliyi ilə müşahidə olunur. Döyüşlərdə şəhidlər verən Azərbaycan xalqı belə bir gərgin situasiyadan öz maraqları naminə istifadəyə cəhd edən daxili və xarici təsirlərə qarşı barışmaz mövqe sərgiləyir. Orduya dəstək məqsədi ilə keçirilən son ictimai aksiyadan dividend götürməyə çalışan siyasətbazlar vəziyyətdən qazanclı çıxmaq üçün çabalar edir. Mövcud vəziyyət nəyi qiqtə edir?

 

Versus.Az xəbər verir ki, milət vəkili Bəhruz Məhərrəmov müsahibəsində bir çox nüanslara diqqət çəkib.

 

"Sifarişli mitinq icraçılarının bu gün xalqın orduya dəstək yürüşünə çıxmasını qəbul etməsi çətindir”

 

- Bu gün ölkənin ictimai-siyasi vəziyyətini təhlil edən ekspertlər Tovuzda olan təxribatın fonunda ölkəmizin ciddi təhlükə ilə üz-üzə dayandığını bildirir. Daxildə təhlükəsizliyin təmini üçün hansı addımlar atılır və nə dərəcədə ayaqlanma var?

 

- Əvvəlcə ondan başlayaq ki, dünyada elə bir dövlət yoxdur ki, daxildə və xaricdə həmin ölkə üçün problemlər yaratmağa meyilli qüvvələr olmasın. Azərbaycan da istisna deyil. Tarixin gedişatı onu göstərib ki, adətən daxili və xarici qüvvələrin istəkləri fərqli olur, lakin hər iki qüvvə öz niyyətinin həyata keçirilməsi üçün dövlətin zəifləməsini arzu edərsə, bu baxımdan maraqlar üst-üstə düşə bilər. Azərbaycanda da hazırda analoji durum olsa da, ab-hava və vəziyyət fərqlidir. Məsələ burasındadır ki, bizdə güclü mərkəzi hakimiyyət var. Əhalinin ayrı-ayrı məmurlardan, habelə icra strukturlarından narazılığı, məhkəmə hakimiyyətinə müəyyən faiz nisbətində inamsızlığı olsa da, Prezident hakimiyyətinin nüfuzu çox yüksəkdir. Xüsusən Vitse-prezidentlik instutunun təsisi və Mehriban Əliyevanın I Vitse-prezident vəzifəsinə təyinatından, habelə son 2 ildə həyata keçirilməkdə olan islahatlardan sonra insanlar arasında yeni ümidlər baş qaldırdı. Əlbəttə bu fonda ciddi xalq etirazının, yaxud hansısa inqilabın, çevrilişin arzusuna düşmək, bunun proqnozunu vermək Don Kixotluq olar. İlk olaraq ona görə ki, insanlar bu ruhda, bu əhvalda və bu arzuda deyil. Azərbaycanda Mərkəzi hakimiyyətinin gücünün əsasında insanların İlham Əliyev hakimiyyətinə aşkar dəstəyi dayanır. Əlbəttə narazı qüvvələr də var. Lakin onlar elə azlıqdadırlar ki, onları dinləyəcək, arxalarınca gedəcək kütlə yoxdur. Bu gün həmin qüvvələr mövcudiyyətlərini bəzi sabiqlərin, eləcə də xarici mənbələrin maliyyə dəstəyi, habelə bu günlərdə aşkar olunan kimi, insanları aldadaraq ianə toplamaq hesabına sürdürür, üzə yalnız şərait və boşluq yaranan zaman çıxırlar. Tovuz döyüşləri, bu fonda orduya dəstək yürüşü əhalinin əsəblərinin tarıma çəkildiyi məqam idi və bu şəxslər də məhz həmin amillərdən istifadəyə cəhd etdilər. Düşünürəm ki, belə cəhdlər zamanla təkrarlana bilər, lakin bir daha deyirəm, Azərbaycan oturuşmuş dövlətçilik ənənəsinə və güclü hakimiyyət iyerarxiyasına malik dövlətdir, bu dövlətçiliyə zərər vurulmasına nə xalq, nə də gücə və siyasi dəstəyə malik hakimiyyət özü imkan verməz. Bu baxımdan açığı sualda qeyd etdiyiniz formada narahatlığa əsas görmürəm.

 

- Ölkədə "5-ci kolon"un rolu hansı fazada aktivləşib. Eləcə də, siyasi radikal partiyaların vəziyyətlə bağlı hansı həmrəylik reaksiyası ortaya qoyuldu?

 

- Əvvəlki sualda da dediyim kimi, mərkəzi hakimiyyətin güclü olması və hazırkı iqtidarın xalqın mütləq dəstəyini ala bilməsi bizim durumumuzu bir az spesfik edir. Aktivləşmə sadəcə yaranmış həssas durumdan istifadə etməyə cəhd formasında mümkündür, lakin cəhdlərini də gördük. Milli Məclisdə divarları təpikləmək, çilçıraqlara daş atmaq və s. yaramaz hərəkətlər.  Lakin ümumilikdə deməliyik ki, Tovuz döyüşləri, ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı. Bu gün əhalinin hərbi səfərbərlik üçün davamlı müraciətləri, habelə, bəzən iqtidara qarşı çox barışmaz mövqe sərgiləyən, fərqli siyasi baxışlara malik 40-dan artıq siyasi partiyanın Ermənistanın təxribatları fonunda milli həmrəyliyə dair bəyanatı xalqın əsl kimliyini, böyüklüyünü üzə çıxardı.

 

"Hakimiyyətin yüksək eşalonlarında yer tutmuş şəxslər bir sıra qüvvələri "əl müxalifəti” kimi bəsləyib”

 

- Son aksiya kimin driojor çubuğu ilə işlədildi. Osmanqızı kanalı burda hakimiyyətin əl izlərini arayır. Nə dərəcədə düz yoldadır. Aksiya nəyi ifadə etdi?

 

- Müəyyən dövrə qədər Azərbaycanda hakimiyyətin yüksək eşalonlarında yer tutmuş şəxslər bir sıra qüvvələri "əl müxalifəti” kimi bəsləyib. Zaman-zaman onları küçələrə çıxarıb, sonra isə polis gücünə geri oturdaraq bu süni gərginliyin fonunda ölkə başçısının nəzərində özlərinin əvəzolunmaz kadr obrazını formalaşdırmağa cəhd etmişlər. Yəni keçmiş SSRİ məktəbi - problem yarat və özün də həll et.

Bundan başqa bəzən hansısa səfirliyin, yaxud hansısa beynəlxlaq təşkilatın dəstəyi ilə Azərbaycanda mitinq təşkili təcrübəsi də dəfələrlə yaşanmışdır. Azı 25 illik bir dövrdə daim sifarişli mitinqlərin icraçısı olan qüvvələrin bu gün xalqın orduya dəstək yürüşünə çıxmasını qəbul etməsi çətindir. Onların öz təcrübələrinə əsaslanan düşüncələrinə görə insanlar yalnız sifarişlə küçəyə çıxa bilər. Dövlətin bu məsələdə roluna gəlincə, açıq etiraf etmək lazımdır ki, bu yürüş dövlətin marağında deyildi. Həm mümkün təxribat riski, həm tüğyan edən koronavirus infeksiyasının yeni dalğasının baş qaldırma ehtimalı hakimiyyət üçün əlavə qayğılar idi. Lakin, dövlət xalqın iradəsinə hörmətlə yanaşdı və qanunsuz olan, habelə karantin qaydalarını pozan aksiya iştirakçılarına maneçilik törədilmədi. O ki, qaldı təxribatçılara, bəli, onların fəaliyyəti planlı idi və sosial şəbəkələrə diqqət etsək, hardan qaynaqlandığını görmək çətin deyil.

Sadə bir misal deyim, həmin vaxt Milli Məclisin binasına jurnalistlər də daxil oldular, yəqin ki, xatırlayırsız təxribatçılar hansı media qurumlarına aqressivcəsinə hücum etdilər, hansı media orqanlarına isə canlı yayım aparmağa şərait yaradırdılar!?

 

- Siyasi partiyaların prezidentə dəstəklə bağlı bəyanatı hansı zərurətdən yarandı?

 

- Sağlam düşüncə sahibi olan hər bir siyasətçi başa düşür ki, siyasi fəaliyyət göstərə bilməsi üçün öncə bir dövlət olmalıdır. Dövlət yoxdursa, siyasət anlayışı da mövcud mənada mümkün deyil. Bilirsiz ki, Konstitusiyamıza görə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Habelə, Prezident dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Siyasi partiyalar da məhz bu amili rəhbər tutaraq dövlətçiliyin müdafiəsi naminə dövlət başçısının ətrafında birləşdilər. Burada bir məqama diqqət etməliyik, əslində bu hansısa siyasətçinin, partiya sədrinin, yaxud İdarə Heyətinin təkbaşına qərarı deyildi, bu, xalqın sifarişi idi. Belə məqamda müxalifətçilik sevdasına düşmək istənilən şəxsin siyasi karyerası üçün son ola bilərdi.

 

- Bu gün təxribatın yuxarıdan baş vermə ehtimalını önə çəkən təhlilçilər əsasən vəzifəli şəxslərin işinin diqqətdə saxlanılmasını zəruri sayır və ictimai nəzarətin güclənməsini tələb edir. İctimai-siyasi nəzarətçi rolunda çıxış etsəniz daha çox hansı sahəyə diqqət ayırılmasını təklif edərdiniz?

 

- Üsul-idarə baxımından Azərbaycan Prezident respublikasıdır. Son 3 ildə dövlət başçısının kifayət qədər sadiq və savadlı şəxslərdən ibarət komandası formalaşıb. Bu baxımdan yuxarıda təxribat ehtimalına ciddi yanaşmıram. Lakin, kimsə buna cəhd etsə, ağılsızlıq etmiş olar. Unutmayaq ki, bu xalq 24 il əvvəl Prezident aparatının qarşısında canlı sipər quraraq liderinin müdafiəsinə qalxan xalqdır. Sizi əmin edirəm, təxribata cəhd edən, prezidentə xəyanət edən istənilən məmur bu xalqı qarşısında görəcək.O ki, qaldı ictimai nəzarətə, Azərbaycanda ictimai nəzarət ifadəsi tamamilə mahiyyətindən uzaqlaşıb. İctimai nəzarət hər bir vətəndaşın qanuna əməl etməsi və digərlərindən də bunu tələb etməsi deməkdir. Əslində bizdə ictimai nəzarətin çox gözəl işləmə mexanizmi və təsir imkanı var. Məsələn, bizdə İnzibati məhkəmələr mövcuddur, sırf dövlət orqanlarının özbaşınalığı, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi üçün çox sadə, prinsipial məsələləri əhatə edən formul müəyyən edilib. Lakin, biz isə daha çox ictimai nəzarət dedikdə bir əlimizə dəftər, birinə qələm alıb yerli-yersiz yazmağa, əttökən videolar çəkməyə meyilliyik. Sonucda bu nəyi dəyişir? Lakin məhkəmə real təsir imkanıdır, daha çox çəkindirici xüsusiyyətə malikdir. O ki qaldı hansı sahəyə diqqət məsələsi, hər bir dövlətdə bütün münasibətlərin sağlamlığının kökündə müstəqil məhkəmə amili dayanır. Azərbaycanda isə bu sahədə ciddi hərəkətlilik və irəliləyiş hiss edilməkdədir. Əlbətdə bu temp mütləq qorunmalıdır.

 

"Aksiyaçıların qarşısına ağsaqqal çıxmalı, kimsə təşəbbüsü ələ almalı idi”

 

- Son aksiyanın başsız olduğunu deyənlər millət vəkillərini, ziyalıları, ictimai təşkilat rəhbərlərini orada görmədiklərinə təəssüf etdi, bunu mənfi hal kimi qiymətləndirdi. Onlar niyə görünmədilər və görünsəydilər nə olardı?

 

- Bu iradla razıyam. Həqiqətən də aksiyaçıların qarşısına ağsaqqal çıxmalı, kimsə təşəbbüsü ələ almalı idi. Əlbəttə böyük ehtiyatla. Məsələn, yeni seçilmiş bir deputatın kütlə qarşısına çıxıb yol göstərməsi əks reaksiyaya səbəb ola bilərdi, lakin, mərkəzi icra hakimiyyəti orqanlarından birinin rəhbərinin, tanınmış bir ağsaqqalın, nüfuzlu bir şairin, yazıçının, bir Milli Qəhrəmanın, yaxud şəhid valideyninin kütlə qarşısına çıxması yaxşı olardı. Mən düşünmürəm ki, bu, təxribata mane olacaqdı, xeyr təxribatçılar hazır gəlmişdilər, lakin ən azından bundan daha yaxşı mənzərə görünərdi. Məsələn, şəxsən mən bu boşluğu görən kimi Milli Qəhrəman Mübariz İbrahimovun atasının telefonla səsgücləndirici vasitəsi ilə insanlara müraciətini təşkil etmək istədim, lakin artıq gecə saat iki idi, əlaqə yaratmağımmız mümkün olmadı. Lakin sübh tezdən köməkçilərim vasitəsi ilə Milli Qəhrəman atasından xahiş etdim və onun video müraciətini - xüsən gəncliyə çağırışnı yayımladım.

 

"Tovuzdan Amasyaya qədər ərazi bizim tarixi torpaqlarımızdır, əsgərimiz inşallah o yolu da qət edəcək”

 

- Tovuzda baş verən hərbi təxribat Azərbaycandan Avropaya, Qərbə, Türkiyəyə keçən qaz-neft layihələrinin Rusiya tərəfindən zərbə altına alınmasına yönəlik hərbi müdaxilə kimi dəyərləndirilir. Tovuz, Rusiyanın rəqiblərini "tərksilah" etmək üçün iqtisadi xilas yoludursa, baş verən hadisə Avropanın Rusiyaya qarşı hansı təsirini göstərdi və Rusiya növbəti təxribata əl ata bilərmi?

 

- Biz məsələni çox mürəkkəbləşdirməməliyik. Əlbəttə problem özü onsuz da mürəkkəbdir. Biz düşmənimizin də, onun havadarlarının da kim olduğunu bilirik. Lakin indiki məqamda üçüncü dövlətlərə nifrət aşılamaq milli maraqlarımıza cavab vermir. Onsuz da insanımız ağı-qaradan seçir. O baxımdan, hesab edirəm ki, ermənistan amili üzərinə fokuslanmaq, erməni qanı daşıyan hər kəsə dünyanın istənilən nöqtəsini dar etməliyik. Unutmamalyıq ki, erməni ermənidir. Görürsüz, Kim Kardaşyan ilk imkanda əsl simasını, milli kimliyini göstərdi. Dövlət öz işini görür və görəcək, indi növbə insanımızdadır. Bu günlərdə İlham Rəhimov və Qod Nisanovu gördünüz, çox yaxşı nümunə oldular. Hesab edirəm ki, bax bu ruhda davam edib ermənini o qanı daşımasına peşman etməliyik. Buna sayımız da çatır, gücümüz də. Tovuz məsələsinə gəlincə, Tovuz Azərbaycanın Çanaqqalasıdır. Ermənistan və onun sahibi əvvəldən hazırlaşsalar və qəfil hücum etsələr də maddi-texniki və canlı qüvvə baxımdan ciddi itkilər verərək bu istiqamətdə irəliləyə, həmçinin Azərbaycanı təxribata cəlb edə bilmədisə bu, ciddi uğurdur. Əlbəttə, Tovuzdan Amasyaya qədər ərazi bizim tarixi torpaqlarımızdır, əsgərimiz inşallah o yolu da qət edəcək, lakin hazırda biz beynəlxalq hüququ, konkret olaraq BMT Nizamnaməssinin 25 və 51-ci maddələrini rəhbər tutub ərazi bütövlüyümüzü hərbi yolla bərpa etməliyik.

 

- Qərb, Avropa, Rusiya regionda toqquşan iqtisadi maraqları naminə biri müharibə istəyir, digəri sakitlik. Ümumən isə bu güclər regionda nə Türkiyəni nə də Azərbaycanı sevmirlər, regiondan silmək istəyirlər. Belə olduğu halda niyə Türkiyə, Azərbaycan konfederasiyası yaranmır. Azərbaycan bu təhlükəni hansı yolla adlaya bilər?

 

- Bu gün Türkiyə və Azərbaycan arasında müstəsna münasibətlər var, bütün sahələrdə yüksək əməkdaşlıq nümunəsi mövcuddur. Dünya siyasətində yanaşmalarımız tam üst-üstə düşür, beynəlxalq təsisatlarda bir-birimizə dəstəyik. Tarixə nəzər salsaq, Azərbaycan Çanaqqalada Türkiyə naminə, Türkiyə türkləri isə Gəncədən Bakıya qədər Azərbaycan naminə qanlarından keçmişlər. Çünki eyni kökdən, eyni atadan törəmişik. Lakin unutmayaq ki, ən mehriban qardaş bir-birinə möhtac olmayan, hər kəsin öz evi, öz ocağı olan qardaşlardır. Bu gün bizim qardaşlığımızın gücü də müstəqilliyimizdədir. Ona görə də hesab edirəm ki, münasibətlərin heç bir səviyyəsi bizim müstəqilliyimizə xələl gətirməməlidir. Müstəqilliyimiz mövzusunu müzakirəyə çıxarmamaqla münasibətlərimizin dərinləşməsi, şaxələnməsi hər iki dövlət üçün çox vacibdir. (ucnoqta)


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...